Ağstafada Şuşa Günü münasibətilə tədbir keçirilib
08.11.2025 [15:43]
07 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatında 8 Noyabr – Şuşa Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatının fəal üzvü, Vətən müharibəsi iştirakçısı Teyyub Carçıyev qeyd edib ki, Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub. Hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatının sədr müavini Həcər Namazova, partiya fəalı Orxan Qocayev və “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatının fəal üzvü Rasim Kərimov çıxış edərək bildiriblər ki, Qarabağın tacı olan Şuşa şəhəri düz beş il əvvəl – 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. 8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq bir gündür. Bu gün bizə bir daha göstərdi ki, torpaq uğrunda canını fəda edən qəhrəmanlarımızın ruhu qarşısında borcumuz onların mübarizəsini unutmamaq və qazandığımız azadlığı qorumaqdır. Şuşa bu gün yenidən dirçəlir, sanki öz səsini, musiqisini, poeziyasını bərpa edir. Cıdır düzündə səslənən muğam, Xurşidbanu Natəvanın poeziyası, Üzeyir Hacıbəylinin melodiyaları bir daha göstərir ki, Şuşa Azərbaycan mədəniyyətinin ürəyidir. 8 Noyabr – Şuşa şəhəri günü həm qələbənin, həm mədəni dirçəlişin, həm də milli birliyin rəmzidir. Hər bir azərbaycanlı üçün bu gün qürur, sevinc və minnətdarlıq günüdür.
Xəbər lenti
Hamısına baxSosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39

