Şuşaya qayıtdıq
08.11.2025 [18:27]
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin sərəncama uyğun olaraq 8 noyabr -Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün, Azərbaycan xalqının 30 ilə yaxın həsrətindən sonra qazandığı ən böyük qələbələrdən birini -Şuşanın azad edilməsini simvolizə edir.
Bu il - 2025-ci ildə həmin tarixi zəfərin qazanılmasından beş il ötür. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə Şuşa şəhərini işğaldan azad edərək, Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq dastanı yaratdı.
Qəhrəman əsgər və zabitlərimiz çətin relyefli, sıldırım qayalıqlardan keçərək, yolsuzluq şəraitində düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardılar. Şuşa əməliyyatı və Şuşa Zəfəri XXI əsr ümumtürk dünyasının ilk böyük hərbi-siyasi nailiyyətlərindən biri, Azərbaycan hərb tarixinin isə şah əsəri hesab olunur.
Vətən müharibəsinin ilk günlərindən dövlətimizin əsas hədəflərindən biri Şuşanın azad olunması idi. Ali Baş Komandan İlham Əliyev müharibə dövründə xarici mətbuata müsahibələrində dəfələrlə bu məqsədə diqqət çəkərək deyirdi:
“Şuşasız bizim işimiz yarımçıq olar.”
Bu fikrin davamı kimi, 8 noyabr 2020-ci ildə xalqımıza müraciətində Prezident İlham Əliyev böyük qürur hissi ilə bəyan etdi: “Bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim: xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu bəyanat təkcə bir şəhərin azad edilməsini deyil, bütün bir xalqın qürurunun, ləyaqətinin və birliyinin bərpasını təcəssüm etdirirdi.
28 illik həsrətdən sonra doğma Şuşaya qayıdış təkcə hərbi qələbə deyil, həm də böyük dirçəlişin başlanğıcı oldu. 2024-cü il Şuşa üçün xüsusi əhəmiyyət daşıyırdı — şəhər İSESCO tərəfindən “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan olundu. Bu münasibətlə il ərzində beynəlxalq mədəni tədbirlər, konfranslar, festivallar və sərgilər təşkil olundu.
Hazırda Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, yollar və kommunikasiya xətləri inşa olunur. Tarixi məscidlər bərpa edilir, mədəni irsə aid abidələr öz əvvəlki görkəmini bərpa edir.
2024-cü ilin sonuna olan məlumata görə, 2 mindən çox ailə (təxminən 8 min nəfər) artıq Şuşaya köçürülüb. Bu, “Böyük Qayıdış” proqramının ən uğurlu mərhələlərindən biridir.
Bu gün Şuşa həm də mədəniyyət və musiqi paytaxtı kimi öz şöhrətini bərpa edir. “Xarıbülbül” Musiqi Festivalı, “Vaqif Poeziya Günləri” və digər beynəlxalq tədbirlər şəhərin həyatına yeni nəfəs gətirir.
8 noyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi Zəfər Günü kimi yaşayır. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti, xalqın birliyi və şəhidlərimizin müqəddəs qanı hesabına qazanıldı.
Bu zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

