/ / Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri
Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri
22.12.2025 [15:50]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik tarixində mühüm və taleyüklü hadisədir. 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmiz öz torpaqları üzərində tam nəzarəti təmin etmişdir. Bu tarixi nailiyyət Prezident cənab İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və milli maraqlara əsaslanan strateji qərarları sayəsində mümkün olmuşdur. Məhz bu siyasətin davamı olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması prosesi bu gün uğurla həyata keçirilir. Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri kompleks və sistemli xarakter daşıyır. Dövlət başçısının rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı hazırlanmış və icrasına başlanılmışdır. Bu proqram çərçivəsində yaşayış məntəqələrinin yenidən salınması, müasir infrastrukturun qurulması, sosial obyektlərin tikintisi və iqtisadi fəaliyyətin bərpası əsas prioritetlər kimi müəyyən edilmişdir. Məskunlaşdırma prosesi mərhələli şəkildə və uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir. İnfrastrukturun bərpası məskunlaşdırma siyasətinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə azad edilmiş ərazilərdə yeni avtomobil yolları, dəmir yolları, elektrik xətləri, su və qaz təchizatı sistemləri sürətlə qurulur. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, iqtisadi və sosial inkişaf üçün də mühüm zəmin yaradır.
Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir.
Müasir Azərbaycan dövlətinin inkişaf mərhələləri Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təkcə siyasi və hərbi qələbələrlə deyil, eyni zamanda yüksək mənəvi dəyərlərə, humanizm və mərhəmət prinsiplərinə söykənən dövlət idarəçiliyi ilə səciyyələnir. Dövlət başçısının həyata keçirdiyi siyasət milli maraqlarla ümumbəşəri dəyərlərin üzvi vəhdətinə əsaslanır. Bu baxımdan 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü Prezident cənab İlham Əliyevin humanizmə, ədalətə və sosial məsuliyyətə sadiqliyinin növbəti parlaq nümunəsidir. Azərbaycan xalqı tarixi Zəfər nəticəsində suverenliyini tam bərpa etmiş, Konstitusiyanın ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində təmin olunmuşdur. Bu qələbə təkcə hərbi-siyasi nailiyyət deyil, həm də hüquqi dövlət quruculuğunun, milli birlik və mənəvi dəyərlərin zəfəridir. Məhz belə bir tarixi mərhələdə irəli sürülən amnistiya təşəbbüsü dövlətin gücünü yalnız cəza mexanizmlərində deyil, bağışlama və islah etmə fəlsəfəsində gördüyünü nümayiş etdirir.
Bu addım həm də ictimai rəyə açıq mesajdır: qanuna əməl etmək, dövlətə sədaqət və faydalı vətəndaş olmaq hər kəs üçün əsas meyardır. Azərbaycan tarixində Prezident cənab İlham Əliyevin imzaladığı əfv sərəncamları və amnistiya təşəbbüsləri artıq davamlı və sistemli xarakter almışdır. Bu fakt onu göstərir ki, humanizm təsadüfi addım deyil, dövlət siyasətinin ayrılmaz hissəsidir.
Prezident cənab İlham Əliyevin 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü müstəqil Azərbaycanın gücünün, siyasi yetkinliyinin və yüksək mənəvi dəyərlərə sadiqliyinin göstəricisidir. Bu təşəbbüs suverenliyini tam bərpa etmiş, Konstitusiyanın ali hüquqi qüvvəsini bütün ərazilərində təmin etmiş bir dövlətin humanist mövqedən çıxış etdiyini sübut edir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

