“Prezident İlham Əliyev və Suveren Azərbaycan Modeli” mövzusuna həsr olunmuş tədbir keçirilib
24.12.2025 [15:14]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Prezident İlham Əliyev və Suveren Azərbaycan Modeli” mövzusuna həsr olunmuş tədbir keçirilib.
23 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev açaraq Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi və müstəqil dövlət quruculuğunda dönüş nöqtəsi olmasından bəhs edib. E.Quliyev müstəqil Azərbaycanın bugünkü inkişaf mərhələsinin, əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müasir dövrün çağırışlarına cavab verən, milli maraqlara əsaslanan Suveren Azərbaycan Modeli formalaşmasının sübutu olduğunu söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm dövlət suverenliyimizin bərpası və möhkəmləndirilməsi, həm də Konstitusiyamızda təsbit olunmuş dəyərlərin real həyatda tam şəkildə təmin edilməsinin təntənəsi idi. C.Salmanov vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Suveren Azərbaycan Modelinin mühüm tərkib hissələrindən biri də dövlət idarəçiliyində şəffaflıq, səmərəlilik və vətəndaş məmnunluğunun təmin olunmasıdır. Məhz bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış ASAN xidmət modeli xüsusi qeyd olunmalıdır.
Tədbirdə millət vəkilləri Hikmət Babaoğlu, Samir Vəliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-eksperti Zümrüd Əlizadə məruzə ilə çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlara əsaslanan, müstəqil qərarvermə qabiliyyətinə malik, güclü və suveren Azərbaycan modeli formalaşdırmışdır və bu kimi tədbirlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin, Prezident İlham Əliyevin suveren Azərbaycan modelinin mahiyyətinin gənc nəslə aşılanmasında mühüm rol oynayır.
Çıxışlardan sonra tədbir interaktiv hissə ilə davam edib, gənclərin sualları cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

