Su təchizatı strateji prioritetdir
15.01.2026 [14:34]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Prezident cənab İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli sərəncamı ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"ı təsdiq edildi. Bakı şəhərinin, Abşeron yarımadasının su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədi ilə hazırlanan su infrastrukturu üzrə Yeni Dövlət Proqramı iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2026-2030-cu, ikinci mərhələ isə 2031-2035-ci illəri əhatə edəcək. Birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. İkinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək.
Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirədə 2026-2035-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının prioritetləri, içməli su təminatının və yağış-tullantı suları sistemlərinin modernləşdirilməsinin vacibliyi geniş müzakirə edildi. Ölkə başçısı çıxışı zamanı vurğuladı ki, bu sahədə yeni Dövlət Proqramı Azərbaycanın su təhlükəsizliyi və dayanıqlı infrastruktur strategiyasında xüsusi yer tutur. Su təminatının gücləndirilməsi, həm yerüstü, həm də yeni su mənbələrinin təminatı üzrə tədbirlərin həyata keçirilməsi, yağış və tullantı sularının sistemlərinin müasirləşdirilməsi, bu sahədə infrastrukturun yenilənməsi və şəhər mühitində su axını problemlərinin həlli, itkilərin kəskin şəkildə azalması, su itkisi səviyyəsinin azaldılması və davamlı təchizatın təmin edilməsi, sosial rifahın yüksəldilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsi Dövlət Proqramının əsas məqsədlərindəndir.
Məlumdur ki, paytaxtımızda yeni yaşayış və qeyri-yaşayış obyektlərinin sürətlə artması mövcud kanalizasiya sistemlərinin daşıma qabiliyətinə də əlavə yük yaradıb, yağış suları kollektorların həddindən çox yüklənməsinə səbəb olub. Bir sıra qəsəbələrdə mərkəzləşdirilmiş kanalizasiya sistemləri olmadığı üçün tullantı suları qrunt sularına qarışaraq ekoloji tarazlığa mənfi təsir göstərir. Belə problemlərin aradan qaldırılması üçün genişmiqyaslı işlər görülüb. Bununla belə şəbəkənin yenidən qurulması və təkmilləşdirilməsi hələ də prioritet olaraq qalır.
Dövlət başçımız da çıxışında onu da vurğulayıb ki, son 20 ildə qəbul edilmiş regional inkişaf proqramları nəticəsində Azərbaycanın əsas infrastruktur problemləri həll olunub. Bu dövrdə ölkənin elektrik enerjisi ilə təminatı tam şəkildə təmin olunub və artıq ölkəmiz enerji ixrac edən ölkəyə çevrilib.
Qeyd edək ki, ölkəmizdə su təminatı sahəsində isə bir neçə iri layihə həyata keçirilib. Çoxsaylı su anbarlarının tikintisi (ümumi tutumu 500 milyon kubmetrdən çox) ölkənin su ehtiyatlarının möhkəmlənməsinə xidmət edir. Ceyranbatan və digər su anbarlarının yenidən qurulması su ehtiyatlarının sabitliyini təmin edir və paytaxtın su təminatında dayanıqlılığı artırır.
Texnoloji və rəqəmsal idarəetmə sistemlərinin tətbiqinin bu sahədə islahatların mühüm hissəsi olacağını diqqətə çatdıran ölkəmizin Prezidenti cənab İlham Əliyev əlavə edib ki, su sektorunun modernləşdirilməsi prosesində yeni rəqəmsal nəzarət və idarəetmə sistemlərinin tətbiqi planlaşdırılır. Onu da qeyd edək ki, Dövlət Proqramı çərçivəsində yalnız şəbəkələrin genişləndirilməsi və yenilənməsi nəzərdə tutulmur, həm də yeni su mənbələrinin artırılması üçün layihələr də planlaşdırılır. Bunun içərisində duzsuzlaşdırma zavodlarının tikintisi və mövcud su mənbələrindən əlavə istifadə imkanlarının genişləndirilməsi kimi təşəbbüslər yer alır.
Eyni zamanda, Prezident cənab İlham Əliyev xüsusi vurğulayıb ki, bu layihələr icra edilərkən həm şəffaflıq, həm də vətəndaş məmnunluğu əsas prinsip kimi götürülməlidir. Keyfiyyətli içməli su insanların sağlamlığı, həyat keyfiyyəti və ümumi rifahı üçün əsas şərtlərdən biridir.
Prezident cənab İlham Əliyevin Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirədə çıxışı göstərdi ki, su sektorunda planlaşdırılan infrastruktur islahatları Azərbaycan üçün strateji prioritetdir və bu sahədə əldə olunmuş uğurlar sosial rifahı, əhalinin həyat keyfiyyətini yüksəltməklə yanaşı, ekoloji dayanıqlığı da gücləndirəcəkdir. Yeni Dövlət Proqramı su təchizatı, yağış və tullantı suları sistemlərini tamamilə müasirləşdirərək 2035-ci ilə qədər ölkənin bu sahədə qabaqcıl standartlara malik olmasını hədəfləyir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

