Ölkəmizin tarixində unudulmaz səhifə
16.01.2026 [23:29]
Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuş, eyni zamanda, xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq və şərəfli səhifələrindən olan 20 Yanvar hadisələrindən 36 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsinə, onların ölkəmizə qarşı ermənipərəst və qərəzli siyasətinə etiraz edən dinc, mülki azərbaycanlıların səsini boğmaq, həmçinin müstəqillik arzularını gerçəkləşdirmələrinin qarşısını almaq məqsədilə bu qanlı hadisə törədilmişdir. Sovet imperiyası tərəfindən günahsız insanlara qarşı vəhşi terror aktı törədilməsinə baxmayaraq Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamışdır.
Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Azərbaycanın bir neçə rayonunda keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən insanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülmüş, 744 insan yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, onlardan 112 nəfər SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilmişdir.
Qan yaddaşımız olan 20 Yanvar hadisələri yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına şərəfli qəhrəmanlıq tarixi kimi həkk olundu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə 1990-cı il 21 yanvar tarixində təzyiqlərə və çətinliklərə baxmayaraq, 20 yanvar tarixində baş vermiş insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı keçirmiş, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt bəyanat vermişdir.
Ulu Öndər Heydər Əliyev 1990-ci ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmiş, onun Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmış və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilmişdir.
20 Yanvar hadisələri zamanı dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə insanın öldürülərək yaşamaq haqqının əlindən alınması və ya yaralanması, qurbanlar arasında qadınlar, ahıllar və uşaqların olması, digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin – insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi.
20 Yanvar hadisələri zamanı törədilən əməllər insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayətdir.
Azərbaycana qarşı hərbi təcavüz nəticəsində baş vermiş qanlı 20 Yanvar hadisələrinin, bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş cinayət kimi, beynəlxalq hüquq çərçivəsində qiymətləndiriləcəyinə, bu cinayəti törədənlərin qanun qarşısında cavab verəcəyinə və cinayətkarların cəzasız qalmayacaqlarına inanırıq.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

