/ / 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu
20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu
19.01.2026 [19:41]
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
20 Yanvar Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biridir. Biz Qanlı Yanvar faciəsində həmin o müdhiş gecədə vətən, azadlıq və istiqlaliyyət uğrunda həlak olan şəhidlərimizin 36-cı ildönümünü dərin ehtiramla yad edirik.
20 Yanvar 1990-cı il Azərbaycan tarixində faciəli bir gündür. Lakin eyni zamanda, həmin gecə və gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə ucalmaq qüdrətini bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də bu gün biz həm dərin kədər, həm də böyük qürur hissi keçiririk. Çünki xalqımız qəhrəman, əyilməz və sınmaz bir xalqdır.
Həmin gün Sovet hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Günahsız insanların qətli və böyük itkilərlə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı apardığı antihumanist siyasətinə dözməyən xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, məğrurluğunu və qətiyyətini nümayiş etdirdi.
Təəssüf ki, həm SSRİ rəhbərliyi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görmədilər. Əksinə, bu dəhşətli hadisəni ört-basdır etməyə çalışdılar. Lakin 20 Yanvar faciəsindən bir gün sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşməsi və sovet rejiminin Azərbaycanda törətdiyi qanlı cinayəti açıq şəkildə ifşa etməsi o dövrdə xalqımız üçün böyük dayaq və mənəvi təsəlli oldu. Xalq həmin ağır günlərdə tək və köməksiz olmadığını hiss etdi.
Bir müddət sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti verdi. Yalnız Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra — 1994-cü ildə — 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.
Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim uca tutulduğu kimi, onların ailə üzvləri də dövlət qayğısı ilə əhatə olunub. Eyni zamanda, 20 Yanvar hadisələri zamanı sağlamlığını itirmiş əlillərin sosial müdafiəsi və pensiya təminatı hər zaman dövlət başçısının diqqət mərkəzində olub. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilib, onların pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış səviyyəsinin yüksəldilməsi üçün möhkəm qanunvericilik bazası formalaşdırılıb. Bu istiqamətdə dövlət başçısı tərəfindən mühüm sərəncam və fərmanlar imzalanıb.
1990-cı ilin yanvarında Sovet İmperiyası qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi bu cinayətdən illər keçsə də, həmin vəhşilik öz tarixi və siyasi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi 8 noyabrda Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davam edən işğalına son qoyulması ilə başa çatdı. Bu tarixi Zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları şəhidlərimizin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna dərin ehtiram göstərir və xatirələrini hər zaman uca tutur.
Xəbər lenti
Hamısına baxDünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15

