Gələcəyin Gücü, Dövlətin Dayaq Sütunu
02.02.2026 [15:11]
Hər il 2 fevral tarixində ölkəmizdə qeyd olunan Azərbaycan Gəncləri Günü müasir dövlətçilik tariximizin mühüm və rəmzi günlərindən biridir. Bu əlamətdar tarix gənclərin cəmiyyətin inkişafındakı rolunu, onların intellektual, mənəvi və fiziki potensialını ön plana çıxarır, eyni zamanda dövlətin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının bariz ifadəsidir.
Azərbaycan Gəncləri Günü 1997-ci il 2 fevral tarixində Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmişdir. Bu qərar 1996-cı ildə Bakıda keçirilmiş Azərbaycan gənclərinin I Forumunun məntiqi davamı olaraq qəbul olunmuşdur. Forumda səsləndirilən təkliflər, gənclərin problemləri və gələcək inkişaf perspektivləri dövlət səviyyəsində dəyərləndirilmiş və gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsinə başlanmışdır. Məhz bu tarixdən etibarən Azərbaycan gəncliyi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Gənclərin təhsili, məşğulluğu, sosial rifahı, sahibkarlıq fəaliyyəti, idman və mədəni həyatda fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır. “Gənclər Fondu”, “ASAN Könüllüləri”, “DOST Könüllüləri”, beynəlxalq təhsil proqramları, startap layihələri və idman təşəbbüsləri gənclərin potensialının reallaşdırılmasına xidmət edən mühüm mexanizmlərdir. Azərbaycan gəncləri bu gün beynəlxalq arenalarda, elmi müsabiqələrdə, idman yarışlarında və ictimai-siyasi platformalarda ölkəmizi layiqincə təmsil edirlər.
Xüsusilə 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərliyini, milli ruhunu və dövlətə sədaqətini bütün dünyaya nümayiş etdirdi. Gənclərimiz yalnız silah meydanında deyil, informasiya müharibəsində də fəallıq göstərərək haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırdılar.
Bu gün Azərbaycan gəncliyi güclü dövlətin, qalib ordunun və möhkəm milli ideologiyanın daşıyıcısıdır. Gənclər cəmiyyətin aparıcı qüvvəsi, yeniliyin və inkişafın əsas mənbəyidir. Elmə, texnologiyaya, milli-mənəvi dəyərlərə söykənən gənclik Azərbaycanın sabahını formalaşdırır. Dövlətin yaratdığı imkanlardan səmərəli istifadə edən hər bir gənc ölkəmizin davamlı inkişafına töhfə verir.
2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bayram deyil, eyni zamanda gənclərin cəmiyyət qarşısında daşıdığı məsuliyyətin, dövlətin isə gənclərə olan inamının rəmzidir. Güclü gənclik – güclü dövlət deməkdir.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, onlara sağlamlıq, uğur və Vətənə xidmət yolunda yeni nailiyyətlər arzulayırıq.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

