Azərbaycan - ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoydu
12.02.2026 [12:44]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində Prezident İlham Əliyevlə birgə mətbuata verilən bəyanatlar Azərbaycan–ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Bu hadisə yalnız diplomatik görüş kimi deyil, həm də iki ölkə arasında əməkdaşlığın gələcək inkişafını müəyyən edən siyasi mesajlar toplusu kimi qiymətləndirilə bilər.
Ölkəmizin Prezidenti cənab İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri ikitərəfli münasibətlərin sistemli və ardıcıl inkişafına verilən önəmdir: “Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır”. Göründüyü kimi, hər iki tərəf münasibətləri situativ əməkdaşlıq çərçivəsindən çıxararaq daha dayanıqlı və uzunmüddətli strateji model üzərində qurmağa çalışır.
Bəyanatda Azərbaycanın öz təbii qazı ilə 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqi olmaqla 16 ölkənin enerji təhlükəsizliyini təmin etdiyi xüsusi ilə qeyd edildi. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolun qeyd olunması ölkənin qlobal enerji xəritəsində artan əhəmiyyətini bir daha təsdiqlədi. ABŞ ilə bu sahədə əməkdaşlıq həm Avropa və region üçün alternativ enerji marşrutlarının möhkəmlənməsi, həm də Azərbaycanın iqtisadi və geosiyasi mövqeyinin güclənməsi baxımından strateji məna daşıyır. Bu əməkdaşlıq modeli enerji diplomatiyasının iki ölkə münasibətlərində əsas sütunlardan biri olaraq qalacağını göstərir.
Bəyanatda, eyni zamanda, iqtisadiyyat, ticarət və yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi çağırışı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uzlaşır. ABŞ-ın texnoloji potensialı və investisiya imkanları Azərbaycanın innovasiya yönümlü inkişaf strategiyasına mühüm töhfə verə bilər. Bu isə münasibətlərin yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi modernləşmə kontekstində dərinləşdiyini göstərir.
Regional sülh və sabitlik məsələsinin ön plana çəkilməsi Cənubi Qafqazın mürəkkəb geosiyasi reallıqları ilə bağlıdır. Dövlət başçımız İlham Əliyevin bu mövzuya xüsusi diqqət ayırması Azərbaycanın regionda uzunmüddətli sabitliyin tərəfdarı kimi çıxış etdiyini nümayiş etdirir. ABŞ-ın bu proseslərə dəstək ifadə etməsi isə Vaşinqtonun regionda balanslı və sabit təhlükəsizlik mühitinin formalaşmasında maraqlı olduğunu göstərir.
Vitse-prezident Cey. Di. Vensin mətbuat bəyənatında iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması ilə bağlı fikirləri ABŞ-ın Azərbaycanı regional iqtisadi tərəfdaş kimi dəyərləndirdiyini göstərir. Təhlükəsizlik sahəsində əməkdaşlığa verilən önəm isə qlobal çağırışlar fonunda iki ölkə arasında strateji koordinasiyanın gücləndiyini göstərir.
Enerji, iqtisadiyyat, texnologiya və təhlükəsizlik sahələrində paralel inkişaf edən əməkdaşlıq modeli Azərbaycan və ABŞ arasında çoxşaxəli strateji tərəfdaşlığın əsasını təşkil edir. Bu tərəfdaşlıq həm regional sabitliyə töhfə verən, həm də qlobal çağırışlar fonunda qarşılıqlı maraqlara xidmət edən uzunmüddətli siyasi və iqtisadi platforma kimi çıxış edir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35

