Azərbaycanın sülh gündəliyi
16.02.2026 [19:23]
Məlumdur ki, ölkəmiz əməkdaşlığa və sülhə açıq siyasət yürüdən, regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsini prioritet hesab edən dövlətdir. Münxen Təhlükəsizlik Konfransında ölkəmizin təmsil olunması da məhz regional və qlobal təhlükəsizlik gündəliyinə töhfə vermək məqsədi daşıyır. Prezident İlham Əliyev bu mötəbər tədbirdə iştirakı da təsadüfi deyildi. Ölkə başçısının qeyd etdiyi kimi ilk dəfədir ki, Münxen platformasında artıq sülh əldə etmiş dövlət başçısı kimi iştirak edir.
Yeri gəlmişkən, Almaniyaya səfəri çərçivəsində Prezidentin yerli media qurumlarına və France 24 telekanalına verdiyi müsahibələrdə də ölkəmizin mövqeyi aydın və prinsipial şəkildə ifadə olundu. Qeyd edək ki, dövlət başçısı regionda davamlı sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı mesajlar verdi. Prezidenti İlham Əliyev Münxendə “France 24” telekanalına verdiyi müsahibəsində Azərbaycanın mövqeyini sistemli və ardıcıl şəkildə təqdim edərək Azərbaycan - Ermənistan münasibətlərində formalaşan yeni mərhələni siyasi reallıq kimi qiymətləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, münaqişənin hərbi mərhələsi artıq başa çatıb və hazırda bölgədə sabitlik müşahidə olunur. Sərhəddə atəşkəsin qorunması, itkilərin olmaması və iqtisadi addımların atılması normallaşma prosesinin praktik nəticələridir və tərəflər artıq sülh şəraitində yaşamağa uyğunlaşır, proses müsbət istiqamətdə davam edir. Bununla yanaşı dövlət başçısı yekun sülh sazişinin imzalanması üçün hüquqi məsələlərin həllini vacib hesab etdiyini bildirdi. Xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların dəyişdirilməsinin əsas şərt olduğunu qeyd etdi. Bu da onun təsdiqidir ki, rəsmi Bakı üçün davamlı və rəsmi sülh hüquqi əsaslarla möhkəmləndirilmiş sənəd deməkdir. Müsahibədə regional nəqliyyat layihələri və beynəlxalq tərəfdaşlıq məsələləri də müzakirə mövzusu oldu.
Onu da qeyd edək ki, Prezident ABŞ ilə strateji əməkdaşlıq və yeni kommunikasiya xətlərinin açılmasını regionda iqtisadi inteqrasiyanı gücləndirən amillər kimi qiymətləndirdi. Bu baxımdan sülh yalnız təhlükəsizlik müstəvisində deyil, həm də iqtisadi əməkdaşlıq, qarşılıqlı asılılıq vasitəsilə möhkəmlənir və davamlılığını təmin edir. Fransa ilə münasibətlərə toxunan Prezident bildirdi ki, yaranmış gərginliyin təşəbbüskarı Azərbaycan olmayıb. İkinci Qarabağ müharibəsindən əvvəl əlaqələr normal və əməkdaşlıq xarakteri daşıyıb, lakin sonrakı dövrdə Fransanın mövqeyi Bakıda narazılıq yaradıb. Dövlətimizin başçısı son görüşlərdən sonra münasibətlərin yenidən normallaşdırılması üçün imkanların yarandığına əminliyini ifadə etdi ki, bu da Azərbaycanın qarşıdurmadan daha çox dialoq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə üstünlük verdiyini göstəricisidir.
Ən əsası, ölkəmizin beynəlxalq tədbirlərdə fəal iştirakı və ölkəmizin başçısının müsahibələrdə səsləndirdiyi fikirlər göstərir ki, rəsmi Bakı regional təhlükəsizlik məsələlərində məsuliyyətli mövqe tutur və sülh gündəliyini qlobal müstəvidə ardıcıl şəkildə təşviq edir.
Gülnarə Həsənova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

