Azərbaycanın rəqəmsal gələcəyi - süni intellekt, data mərkəzləri və yeni inkişaf mərhələsi
17.02.2026 [09:31]
Cənab Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər müasir mərhələdə dövlətimizin qarşısında duran strateji vəzifələri aydın şəkildə müəyyən edir. Qlobal miqyasda sürətlə dəyişən texnoloji mühit, rəqəmsal iqtisadiyyatın genişlənməsi və innovasiyaların artan rolu göstərir ki, ölkələrin inkişafı artıq yalnız təbii resurslarla deyil, eyni zamanda yüksək texnologiyalar və güclü insan kapitalı ilə ölçülür. Bu baxımdan süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatların dərinləşdirilməsi Azərbaycanın gələcək inkişaf konsepsiyasının əsas istiqamətlərini təşkil edir.
Rəqəmsal transformasiya dövlət idarəçiliyində şəffaflığın artırılmasına, xidmətlərin daha operativ və əlçatan formada təqdim olunmasına, qərarvermə prosesində dəqiqliyin yüksəldilməsinə şərait yaradır. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində rəqəmsal texnologiyaların tətbiqi məhsuldarlığın artmasına, innovativ sahibkarlığın inkişafına və yeni texnoloji həllərin formalaşmasına təkan verir. Süni intellekt əsaslı sistemlər, avtomatlaşdırılmış idarəetmə mexanizmləri və rəqəmsal platformalar müasir inkişaf modelinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bu proseslərin effektiv şəkildə həyata keçirilməsi isə güclü və dayanıqlı texnoloji infrastruktur tələb edir. Data mərkəzlərinin qurulması və müasir informasiya-kommunikasiya şəbəkələrinin genişləndirilməsi informasiyanın təhlükəsiz saxlanılması və fasiləsiz ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Elektron sistemlərin etibarlı fəaliyyəti, rabitə xətlərinin dayanıqlığı və texniki təminatın yüksək səviyyədə təşkili rəqəmsal arxitekturanın praktik əsasını formalaşdırır. Məhz bu baxımdan elektronika və kommunikasiya sahəsi strateji əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərən “Elektronika və kommunikasiya sistemlərinin istismarı” ixtisası müasir dövrün tələblərinə uyğun olaraq bu sahədə peşəkar kadrların hazırlanmasına xidmət edir. Təhsil alanlar elektron avadanlıqların quraşdırılması, sazlanması, texniki xidmətin təşkili və kommunikasiya sistemlərinin istismarı üzrə praktik bacarıqlar əldə edərək rəqəmsal infrastrukturun etibarlı fəaliyyətində iştirak edə biləcək səviyyədə formalaşırlar. Bu isə ölkənin texnoloji təhlükəsizliyinin və rəqəmsal sabitliyinin təmin olunmasına real töhfədir.
Digər tərəfdən Azərbaycanın özünü əsas enerji mənbələri ilə tam təmin etməsi və həmin resursları dünya bazarına ixrac etməsi ölkənin iqtisadi dayanıqlığını gücləndirən əsas amillərdəndir. Enerji təhlükəsizliyi müstəqil siyasətin həyata keçirilməsinə, genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılmasına və rəqəmsal transformasiyanın sürətləndirilməsinə möhkəm zəmin yaradır. Güclü enerji potensialı ilə müasir texnologiyaların vəhdəti Azərbaycanın balanslı və davamlı inkişaf modelini formalaşdırır.
Bütün bu strateji istiqamətlərin uğurla həyata keçirilməsi isə keyfiyyətli kadr hazırlığını zəruri edir. Müasir dövrdə insan kapitalı ən mühüm resurs hesab olunur və peşə təhsili sistemi bu resursun formalaşdırılmasında mühüm rol oynayır. Əmək bazarının tələblərinə uyğun, praktik yönümlü və texniki biliklərə malik mütəxəssislərin hazırlanması iqtisadiyyatın real sektorunun inkişafına birbaşa təsir göstərir. Peşə təhsili müəssisələri nəzəri biliklərlə yanaşı, real iş mühitinə uyğun bacarıqlar formalaşdıraraq rəqabətqabiliyyətli və məsuliyyətli kadrlar yetişdirir.
Beləliklə, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatların dərinləşdirilməsi, güclü enerji potensialı və müasir peşə yönümlü kadr hazırlığı bir-birini tamamlayan strateji istiqamətlər kimi Azərbaycanın davamlı sosial-iqtisadi inkişafına xidmət edir və ölkəmizin gələcək uğurlarının əsasını təşkil edir.
Cəmilə Hüseynova
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

