26 Fevral – Xocalı soyqırımı: Tarixi ədalətin bərpası
25.02.2026 [11:56]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
26 Fevral – Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanla yazılmış faciə, eyni zamanda milli həmrəyliyin və ədalətə inamın rəmzidir. 1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayət beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Uşaq, qadın, qoca demədən yüzlərlə insanın amansızcasına qətlə yetirilməsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü.
Azərbaycan dövləti və xalqı bu faciəni heç zaman unutmadı və unutdurmadı. Uzun illər ərzində “Xocalıya ədalət!” şüarı ilə beynəlxalq ictimaiyyətə çağırış edildi, həqiqətlərin dünyaya çatdırılması istiqamətində ardıcıl və sistemli iş aparıldı. Bu, sadəcə siyasi kampaniya deyil, həm də mənəvi borc, tarixi yaddaş məsələsi idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı ilə bağlı fikirlərində xüsusi vurğulamışdır: “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.
Bu fikirlər dövlətimizin prinsipial və qətiyyətli mövqeyini ifadə edir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər yalnız torpaqlarımızın işğaldan azad olunması deyil, eyni zamanda illərlə pozulmuş ədalətin bərpası idi. Azərbaycan Ordusu beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdi və bununla da Xocalı qurbanlarının ruhu qarşısında tarixi missiyanı yerinə yetirdi.
Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla anılır. Azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, doğma yurd yerlərinə Böyük Qayıdış prosesi şəhidlərimizin qanının yerdə qalmadığının bariz nümunəsidir. Azərbaycan xalqı bir daha sübut etdi ki, milli iradə, güclü dövlət və sarsılmaz birlik olduqda tarixi ədaləti bərpa etmək mümkündür.
26 Fevral təkcə hüzn günü deyil, həm də ədalətə aparan yolun rəmzidir. Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq, onların qanı bahasına yazılan tarix isə gələcək nəsillər üçün həm dərs, həm də qürur mənbəyi olacaq.
Xəbər lenti
Hamısına baxSosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17

