/ / Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rolun artdığını göstərir
Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rolun artdığını göstərir
17.03.2026 [14:52]
Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq dialoq platformalarının əhəmiyyəti daha da artır. Bu baxımdan Bakıda keçirilən XIII Qlobal Bakı Forumu qlobal məsələlərin müzakirəsi üçün mühüm siyasi platforma kimi xüsusi diqqət çəkir. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun və siyasi çəkisinin artdığını bir daha təsdiqləyir.
Forumun əhəmiyyətini artıran amillərdən biri də onun müzakirə etdiyi mövzuların aktuallığıdır. Tədbir çərçivəsində qlobal təhlükəsizlik, enerji siyasəti, iqlim dəyişiklikləri, texnoloji inkişaf, humanitar problemlər və beynəlxalq hüquq kimi mühüm məsələlər geniş şəkildə müzakirə olunur. Azərbaycan regionda sabitlik, əməkdaşlıq və dialoq təşəbbüslərinin təşviqində fəal rol oynayan ölkələrdən biridir.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyi nüfuzlu platformaya çevrildiyini xüsusi olaraq qeyd edib.
Forumda Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslərin düzgün qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: Dövlət başçısı çıxışında müasir dövrdə dünya nizamının dəyişdiyini və yeni geosiyasi reallıqların formalaşdığını qeyd etdi. O bildirdi ki, qlobal sistemdə baş verən transformasiyalar dövlətlərdən yeni yanaşmalar və daha fəal əməkdaşlıq tələb edir. Prezident Azərbaycanın balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirdiyini, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirdiyini vurğuladı. Bu siyasət nəticəsində Azərbaycan regionda sabitlik və əməkdaşlığın təşviqinə mühüm töhfə verən dövlətlərdən birinə çevrilmişdir.Bu gün Azərbaycan Avropa və digər regionların enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkənin həyata keçirdiyi böyük enerji layihələri və qaz ixracının genişləndirilməsi Azərbaycanın qlobal enerji bazarında strateji əhəmiyyətini artırmışdır. Eyni zamanda, enerji siyasətində şaxələndirmənin bərpa olunan enerji mənbələrinin inkişafının Azərbaycanın strateji prioritetlərindən biridir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın əldə etdiyi uğurların və ölkəmizin beynəlxalq nüfuzunun artmasının əsas səbəbləri də aydın şəkildə izah olunub: “Azərbaycan müstəqil siyasət yürüdən, öz milli maraqlarına əsaslanan qərarlar qəbul edən və regionda sülh və əməkdaşlığa töhfə verən dövlətdir. Bu siyasət sayəsində ölkəmiz yalnız regionda deyil, daha geniş beynəlxalq məkanlarda etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bir çox beynəlxalq layihələr, xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlıq platformaları ölkəmizin strateji əhəmiyyətini daha da artırıb.
Qlobal Bakı Forumunun müntəzəm şəkildə keçirilməsi də Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rolun artdığını özündə əks etdirən mühüm göstəricilərdən biridir. Bu forum artıq illərdir ki, dünyada aktual problemlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib. Müxtəlif ölkələrdən gələn siyasətçilərin, ekspertlərin və ictimai xadimlərin Bakıda bir araya gəlməsi Azərbaycanın qlobal dialoq mərkəzlərindən biri kimi qəbul olunduğunu nümayiş etdirir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun artmasının və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir.
XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər beynəlxalq əməkdaşlığın inkişafı və qlobal problemlərin həlli istiqamətində mühüm mesajlar verir: “Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan dünya siyasətində konstruktiv mövqe tutan, sülhü və əməkdaşlığı təşviq edən məsuliyyətli dövlət kimi çıxış edir. Bu baxımdan Qlobal Bakı Forumu yalnız beynəlxalq müzakirə platforması deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən mühüm siyasi dialoq məkanıdır.”
Əlbəttə ki, Forum, əslində, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün unikal məkandır. Belə tədbirlər xalqlar arasında körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviqində əhəmiyyətlidir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini sərgiləyir.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

