31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
31.03.2026 [16:35]
31 Mart tarixi Azərbaycan xalqının yaddaşına qanlı və faciəli bir gün kimi həkk olunmuşdur. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Göyçay, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə günahsız insan amansızcasına qətlə yetirilmişdir. Bu hadisələr təkcə insan itkisi ilə deyil, həm də milli-mədəni irsimizin məhv edilməsi ilə yadda qalmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımına hüquqi-siyasi qiymət verilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu faciələrin dövlət səviyyəsində tanınması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addım oldu. Bu fərmanla 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlandı.
Tarixi faktların sübutu kimi 2007-ci ilin aprel ayında Quba şəhərində stadionun təmiri zamanı aparılan qazıntılar nəticəsində kütləvi məzarlıq aşkar edilmişdir. Bu məzarlıqda yüzlərlə günahsız insanın qalıqları tapılmış və onların xüsusi qəddarlıqla öldürüldüyü müəyyən edilmişdir. Bu tapıntı soyqırımın miqyasını və vəhşiliyini bir daha sübut edən mühüm tarixi fakt kimi qiymətləndirilir.
Quba kütləvi məzarlığının aşkar olunmasından sonra dövlət tərəfindən burada Quba Soyqırımı Memorial Kompleksi inşa edilmişdir. Bu kompleks təkcə xatirə məkanı deyil, həm də tariximizin bu ağrılı səhifəsini gələcək nəsillərə çatdıran mühüm mərkəzdir.
Bu gün soyqırım həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Onun rəhbərliyi ilə beynəlxalq tədbirlər keçirilir, müxtəlif ölkələrdə soyqırım həqiqətlərini əks etdirən materiallar yayılır və dünya ictimaiyyətinin diqqəti bu məsələyə yönəldilir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində baş vermiş faciələri unutmamaq, şəhidlərimizin xatirəsini yad etmək və gələcək nəsillərə bu həqiqətləri çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün həm də milli birliyimizin, tariximizə sahib çıxmağımızın və ədalət uğrunda mübarizəmizin rəmzidir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

