YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib
10.04.2026 [10:59]
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Yavər Əliyev küçəsi 4 (SOCAR-ın Geologiya və Geofizika İdarəsi) ünvanı üzrə ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, müstəqil Azərbaycanın dünənindən bugününə qədər qazanılan bütun uğurlar və nailiyyətlər birmənalı şəkildə Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ilə bağlıdır. YAP müstəqilliyimizin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində əvəzsiz rol oynadı, xalqımızın xilaskarı, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin, eləcə də regionun ən güclü siyasi qüvvəsinə çevrildi. Vurğulanıb ki, bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, dövlətçilik ənənələrini yaşadan, onları yeni reallıqlara uyğun şəkildə inkişaf etdirən böyük bir siyasi məktəb, milli ideoloji platformadır. Partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurla icrası və regionda yaranmış yeni geosiyasi reallıqlar YAP-ın siyasi xəttinin real nəticələridir.
Çıxış edən ərazi partiya təşkilatının sədri Ziya Rəhimov bildirib ki, YAP-ın keçdiyi yol, həyata keçirdiyi missiya və dövlətçilik naminə gördüyü böyük işlər sübut edir ki, bu partiya təkcə siyasi təşkilat deyil, Azərbaycanın gələcəyini müəyyən edən milli ideyanın daşıyıcısıdır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir.
Çıxış edən ərazi partiya təşkilatının sədr müavini Heydər Kazımov qeyd edib ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
Daha sonra partiya üzvü Əhmədova Arzu Dəmir qızı 60 illik yubileyi münasibətilə diplom və hədiyyə ilə təltif olunub. YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov yubilyarı təbrik edərək ona ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

