Aprel Zirvəsi – Zəfər nəfəsi
10.04.2026 [14:42]
İmişli rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş “Aprel zirvəsi-Zəfər nəfəsi” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli RİH-nin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Uğurliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, DSMF Mil-Muğan regional filialının direktor müavini Tural Məmmədov, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydarova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, məktəb direktorları, müəllimlər və YAP fəalları iştirak edib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Aprel döyüşləri Azərbaycan tarixində şanlı bir səhifə olmaqla yanaşı, dövlətimizin gücünün və xalqımızın birliyinin təcəssümüdür. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi və ordu quruculuğuna göstərdiyi xüsusi diqqət nəticəsində Azərbaycan Ordusu bu döyüşlərdə böyük uğur qazandı. Bu qələbə sonradan əldə etdiyimiz möhtəşəm Zəfərin əsasını qoydu və xalqımızın öz gücünə inamını daha da möhkəmləndirdi.
Çıxış edən İmişli RİH-nin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
Aprel döyüşləri şəhidi kapitan Nəcməddin Savalanovun anası Ramilə Savalanova, şəhid anası Afət Cavadova və şəhid atası İsrayıl Əbilov çıxışlarında bildiriblər ki, bizim övladlarımız Vətən uğrunda canlarından keçərək əbədiyaşarlıq qazandılar. Onların qəhrəmanlığı sayəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə yeni mərhələyə qədəm qoydu. Bu gün biz şəhid ailələri olaraq dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğını daim hiss edirik. Bu münasibət bizə həm təsəlli verir, həm də qürur hissi yaşadır.
Digər çıxış edənlər – Səbinə Abdullayeva, Afaq Bəşirli və Samirə Kərimli bildiriblər ki, Aprel döyüşləri bizim nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Bu qəhrəmanlıq nümunəsi bizə göstərir ki, Vətən sevgisi ən ali dəyərdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar gənclərdə böyük ruh yüksəkliyi yaradır və bizi daha məsuliyyətli olmağa sövq edir. Biz bu şanlı tarixi yaşatmalı və gələcək nəsillərə ötürməliyik.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

