Zərifə xanımın amalı - işıqlı dünya, işıqlı gələcək
14.04.2026 [16:39]
Elə insan taleləri də vardır ki, onlar əbədidir, unudulmazdır və bir xalqın taleyində çox əhəmiyyətlidir. Akademik Zərifə xanım Əliyevanın fədakar ömrü təkcə Azərbaycan səhiyyəsinə həsr olunmamışdı. Onun elmi fəaliyyəti Azərbaycanda böyük bir elmi kontingentin formalaşmasına, işıqlı Azərbaycan gəncliyinin inkişafına təsir etmişdi.
Zərifə xanım 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Şahtaxtı kəndi Azərbaycan elmi-siyasi fikir tarixinə bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Zərifə xanım isə görkəmli elm və dövlət xadim Əziz Əliyevin ailəsində böyümüşdür. Zərifə xanım 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, sonra Moskvada, Ümumittifaq Mərkəzi Həkimlər Təkmilləşdirmə İnstitutuna daxil olmuşdur. O, 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır.
Həmin dövrdə sənayenin ən çox inkişaf etdiyi Bakı şəhərində və digər sənaye mərkəzlərində traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ciddi göz zədələnmələrinə və hətta korluğa qədər gətirib çıxara bilən bu xəstəliyin müalicəsi istiqamətində yorulmadan çalışan gənc həkim 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanı müdafiə edir, 1977-ci ildə "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işi ilə bu xəstəliyin müalicəsi istiqamətində praktik həll variantlarını təqdim edir, minlərlə insanın kor olmasının qarşısını alır. Zərifə xanımın təklif etdiyi müalicə metodu o qədər mütərəqqi və effektiv olur ki, tezliklə bütün respublikada tətbiq edilir. Beləliklə, ağ xalatlı qəhrəmanın səyi ilə bu xəstəlik Azərbaycanda tamamilə aradan qaldırılır.
Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir və həmin kafedranın müdiri olur, 1983-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilir.
Elmi fəaliyyəti dövründə Zərifə xanım onlarla tibbi kadrın formalaşmasında yaxından iştirak etmişdir. Bu gün belə Azərbaycan səhiyyəsində onun ardıcıllarının xüsusi rolu və əhəmiyyəti mövcuddur.
Zərifə xanım həm də tibbi təşkilatçılığı ilə seçilən alimdir. O vaxt Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu məhz onun təşəbbüsü ilə keçirilmiş və ittifaq səviyyəsində ən yaxşı akademik müəssisələrdə oftalmologiya xidmətinin inkişafında, eləcə də elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynamışdır.
Zərifə xanımın "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Kəskin virus konyuktivitləri", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Gözün mikrocərrahiyyəsi", "Şəkərli diabetdə göz xəstəlikləri", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. əsərləri oftalmologiya elmində xüsusi elmi çəkisi ilə seçilmişdir.
15 aprel görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anım günüdür. 1985-ci ildə həyata gözlərini yuman görkəmli alim özündən sonra böyük elmi irs, yüzlərlə elmi-pedaqoji kadr və Azərbaycanın tarixi taleyində mühüm rol oynayan övladlar qoymuşdur. Onun və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yetişdirdiyi və Azərbaycana bəxş etdiyi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan illərlə həsrət qaldığı süverenliyini, ərazi bütövlüyü bərpa etmiş, sabit, inkişaf edən bir dövlətə çevrilmişdir.
Fərizə Salahlı
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

