/ / Tərtər rayonunda “Müstəqilliyimizin memarı və milli inkişafın yeni mərhələsi” adlı tədbir keçirilib
Tərtər rayonunda “Müstəqilliyimizin memarı və milli inkişafın yeni mərhələsi” adlı tədbir keçirilib
22.04.2026 [11:30]
YAP Tərtər rayon təşkilatı tərəfindən Xoruzlu ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə “Müstəqilliyimizin memarı və milli inkişafın yeni mərhələsi” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev Ümummilli Liderin müasir Azərbaycanın simasını müəyyənləşdirən dahi şəxsiyyət olduğunu qeyd edib. O vurğulayıb ki, Ulu Öndərin müdrik siyasəti və uzaqgörənliyi nəticəsində Azərbaycan dövlətçiliyi sarsılmaz təməllər üzərində bərqərar olub, ölkəmiz uzunmüddətli sabitlik və inkişaf mərhələsinə qədəm qoyub. G.Alıkişiyev həmçinin bildirib ki, son 23 ildə Prezident İlham Əliyev bu siyasi kursu ən yüksək səviyyədə davam etdirərək Azərbaycanı Heydər Əliyevin arzuladığı qüdrətli və qalib dövlətə çevirib.
Sonra Xoruzlu ərazi partiya təşkilatının sədri Elşən Səfərov çıxışında Ulu Öndərin bütün ömrünü xalqın rifahına və dövlətin güclənməsinə həsr etdiyini bildirib. O, Heydər Əliyevin milli maraqları hər şeydən uca tutaraq müstəqilliyimizin qorunması və demokratik dəyərlərin inkişafı yolunda göstərdiyi fədakarlıqları xüsusi qeyd edib.
Daha sonra çıxış edən 44 günlük Vətən Müharibəsi Şəhidi Mənsimli İntiqamın atası Rövşən Məmmədov, partiya veteranları və fəalları Fazil Əbdüləzimov, Fədail Musayev, Elçin Qasımov, Elnurə Əsgərxanova, Zakir Bayramov, Hüseyn Məmmədov və Yaşar Hüseynov Ümummilli Liderin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər. Natiqlər vurğulayıblar ki, bu gün inamla gələcəyə addımlayan müstəqil Azərbaycan dahi rəhbərin ölməz ideyalarının və həyat amalının parlaq təntənəsidir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

