Azərbaycan–Ukrayna əməkdaşlığı: strateji tərəfdaşlıqdan real nəticələrə
28.04.2026 [12:12]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Aprelin 25-də Qəbələdə keçirilən görüşlər və mətbuata verilən bəyanatlar Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında formalaşmış siyasi dialoqun artıq sabit ənənəyə çevrildiyini nümayiş etdirir. Bu siyasi dialoq modeli müxtəlif sahələr üzrə konkret əməkdaşlıq mexanizmlərinin formalaşmasına xidmət edir.
İkitərəfli münasibətlərin əsas komponentlərindən biri beynəlxalq hüquq prinsiplərinə sadiqlikdir. 2008-ci və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsipləri ehtiva edir. Bu yanaşma yalnız ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq platformalarda özünü göstərir. Tərəflər müxtəlif təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyərək siyasi həmrəyliyi real fəaliyyət müstəvisinə keçirirlər.
Son illərdə prezidentlərin keçirdiyi görüşlərin intensivliyi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiq edir. Dörd il ərzində yeddi görüşün baş tutması tərəflərin qarşılıqlı maraqlara əsaslanan davamlı əməkdaşlıq niyyətinin göstəricisidir. 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində başlanan şəxsi təmaslar bu gün daha geniş siyasi və iqtisadi gündəliklə davam etdirilir. Liderlər arasında formalaşmış qarşılıqlı etimad mühiti, xüsusilə mürəkkəb beynəlxalq şəraitdə, qərarların daha operativ və effektiv qəbuluna imkan yaradır.
Münasibətlərdə iqtisadi komponent xüsusi çəkiyə malikdir. Energetika sahəsində əməkdaşlıq bu baxımdan əsas istiqamətlərdən biri kimi çıxış edir. SOCAR-ın Ukraynada fəaliyyəti enerji sahəsində uzunmüddətli tərəfdaşlığın bariz nümunəsidir. Eyni zamanda, yeni layihələrin reallaşdırılması, investisiya təşəbbüslərinin genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi gündəlikdə əsas yer tutur. Ticarət dövriyyəsinin artımı da iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. Dövlətimizin başçısı birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlərin ətraflı müzakirə edildiyini bildirib: “Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”.
Görüş zamanı müzakirə olunan mühüm istiqamətlərdən biri də sənaye və hərbi-texniki əməkdaşlıqdır. Hər iki tərəfdə müdafiə sənayesinin inkişafı bu sahədə yeni imkanlar yaradır. Birgə istehsal layihələri, texnoloji mübadilə və sənaye kooperasiyası perspektivləri tərəflərin maraq dairəsindədir. Bu əməkdaşlıq həm iqtisadi şaxələndirmə, həm də təhlükəsizlik sahəsində imkanların genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın sistemli inkişafını təmin edir. Bu mexanizmlər vasitəsilə tərəflər konkret layihələri koordinasiya edir və gələcək planları müəyyənləşdirirlər. Bu platformaların növbəti mərhələdə Ukraynada keçirilməsi ilə bağlı razılaşmalar isə münasibətlərin davamlılığını və qarşılıqlı maraqlara əsaslandığını bir daha təsdiqləyir.
Azərbaycan–Ukrayna münasibətləri artıq real layihələr və konkret təşəbbüslərlə zənginləşir. Qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modeli, geniş sahələri əhatə edən tərəfdaşlıq və yüksək səviyyəli dialoq gələcək dövr üçün möhkəm baza yaradır. Bu baxımdan, Bakıda keçirilən görüşlər iki dövlət arasında əlaqələrin daha da dərinləşməsi və yeni istiqamətlər üzrə genişlənməsi üçün mühüm mərhələ kimi dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

