Şəmkirdə “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbir keçirildi
28.04.2026 [16:45]
Şəmkirdə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 103-illik yubileyinə həsr edilmiş “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbir keçirildi.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbər heyəti və kollektivi, ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən danışdı. Bildirdi ki, Zərifə xanım Əliyeva öz zəngin elmi fəaliyyəti ilə nəinki oftalmologiya sahəsində inqilabi yeniliklər etmiş, həm də nümunəvi Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı və fədakar ana obrazını ucaltmışdır.
F.Vəliyev vurğuladı ki, Zərifə xanım Əliyevanın həyatı elmi nailiyyətlər, ailə dəyərləri və xalqına göstərdiyi xidmətlərlə dolu bir ömrün parlaq səhifəsidir. Onun tibbi və elmi fəaliyyəti, hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri bu gün də ehtiramla xatırlanır.
Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini bildirən rayon təşkilatının sədri qeyd etdi ki, Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və digər natiqlər də çıxışlarında Zərifə xanım Əliyevanın bütövlükdə tibb elminin inkişafına verdiyi töhfələrin bundan sonrakı dövrlərdə də öz əhəmiyyətli nəticələrini verməkdə davam etməkdə olacağını bildirdilər.
Tədbirdə Zərifə xanım Əliyevanın ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi, Əhməd Cavad adına Şəmkir rayon Mədəniyyət Mərkəzinin bədii kollektivi tərəfindən ədəbi-bədii kompozisiya və milli musiqilər təqdim edildi.
Sonda tibb işçilərinə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Fəxri Fərmanlar və qiymətli hədiyyələri təqdim edildi, iştirakçılar Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın zəngin irsini tərənnüm edən sərgi ilə tanış oldular.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

