Tərəflər əlaqələrin uğurlu inkişafında maraqlıdır
17.07.2026 [16:57]
Bu günlərdə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfər etdi. Səfər proqramına Şuşadan başlayan qonaq azad Qarabağda görülən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldu. Onu da qeyd edək ki, Qarabağın bərpası Azərbaycan–Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. Səfər zamanı Azərbaycan və Slovakiya Prezidentləri Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Prezidentlərin Şuşada keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında Azərbaycan-Slovakiya münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayan bu məsələyə xüsusi diqqət yönəldildi. Slovakiya Prezidenti mətbuata bəyanatında “Cənab Prezident, mən çox məmnunam ki, bu gün günorta biz yenicə tikilmiş kəndi ziyarət edəcəyik. Mən, həmçinin səmimi minnətdarlığımı bildirmək istərdim ki, bu kənddə yaşayacaq uşaqlar üçün məktəb və ətraf sahə görkəmli tarixi şəxsiyyət, slovak generalı Milan Rastislav Ştefanikin adını daşıyacaq” söyləyərək onu da əlavə etdi ki, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin, həmçinin Slovakiyaya bağlılığı olacaq. Biz şadıq ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir: “Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər. Oktyabrdan etibarən birbaşa uçuşlar başlayacaq. Cənab Prezident, çox məmnunam ki, Sizin Bratislavaya səfərinizdən sonra biz bu fürsəti elan etdik. Lakin indi - 2026-cı ildə bu, artıq reallıqdır. Bununla da iki ölkə bir-birinə daha yaxın olacaq, təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq”.
Səfər çərçivəsində nüzakirə edilən məsələlərdən biri nəqliyyat və humanitar əlaqələrin inkişafı oldu. Bu, Azərbaycan–Slovakiya münasibətlərinin prioritet istiqamətlərindən biridir. Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılmasının planlaşdırılması turizm, biznes və humanitar əməkdaşlığın genişlənməsinə mühüm təkan verəcək. Yeni hava marşrutu iki ölkə arasında nəqliyyat bağlantılarını gücləndirməklə yanaşı, işgüzar səfərlərin və qarşılıqlı turist axınının artmasına, vətəndaşların Mərkəzi Avropaya daha rahat və əlverişli çıxış əldə etməsinə imkan yaradacaq. Eyni zamanda, bu təşəbbüs Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirən və Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun növbəti mühüm addımdır.
Göründüyü kimi, tərəflər əlaqələrin bütün sahələrdə uğurlu inkişafında maraqlıdır. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər: “Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir”.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

