Azərbaycan Qərbə işıq saçır: Bakı-Berlin əməkdaşlığı daha da dərinləşir
23.07.2026 [12:04]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Ölkə başçısı İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafına yeni impuls verəcək. Eyni zamanda, bu səfər həm ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həm də regional və qlobal proseslər fonunda Azərbaycanın artan rolunun bir daha nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər tərəfdən, Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatı, Avropanın aparıcı sənaye dövləti və qitənin iqtisadi inkişafının əsas lokomotivlərindən biri hesab edilir.
Məhz bu səbəbdən Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın genişlənməsi qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa xarici investisiyaların cəlb olunması, sənaye kooperasiyasının inkişaf etdirilməsi, yüksək texnologiyaların tətbiqi və innovativ istehsal sahələrinin yaradılması üçün mühüm imkanlar açır.
Almaniyanın Avropa İttifaqında tutduğu aparıcı mövqeni nəzərə alsaq, Berlinlə münasibətlərin inkişafı Azərbaycan üçün yalnız ikitərəfli əməkdaşlıq deyil, eyni zamanda, Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi baxımından da mühüm strateji əhəmiyyət daşıyır.
Almaniyanın qabaqcıl texnoloji təcrübəsi, yüksək idarəetmə standartları və güclü sənaye potensialı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Enerji sahəsində əməkdaşlıq da Azərbaycan–Almaniya münasibətlərinin strateji sütunlarından biridir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol əhəmiyyətli dərəcədə artıb. Qlobal enerji böhranı fonunda ölkəmiz Avropa üçün etibarlı enerji tərəfdaşlarından birinə çevrilib.
Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 12 ölkəsinə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir. Eyni zamanda, qaz ixracının həcmi ildən-ilə artır və bu istiqamətdə yeni layihələr həyata keçirilir.
Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan isə Cənubi Qafqaz regionunda Almaniyanın ən böyük ticarət tərəfdaşı hesab olunur. İki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard avronu ötür və Almaniya Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda Almaniya kapitallı 250-dən çox müəssisənin fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğunu təsdiqləyir.
Müasir qlobal çağırışlar Azərbaycanın iqtisadiyyatında yeni transformasiya mərhələsini sürətləndirib. Kənd təsərrüfatı və rəqəmsal transformasiya ilə bağlı qəbul edilmiş dövlət proqramları iqtisadiyyatın müasir texnologiyalar əsasında inkişafını hədəfləyir. Bu istiqamətdə Almaniyanın zəngin təcrübəsindən faydalanmaq xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısının iyulun 20-də Almaniyaya rəsmi səfəri çərçivəsində ilk görüşünü Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirməsi iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir. Görüş zamanı Azərbaycan və Almaniya şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanıb, bu əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi, ənənəvi və yaşıl energetika, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanları, investisiya layihələri və sənaye kooperasiyası məsələləri geniş müzakirə olunub.
Ən önəmli məqamlardan biri də odur ki, Bakı ilə Berlin arasında qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan davamlı siyasi dialoq regional proseslərin Avropada daha obyektiv qiymətləndirilməsinə, etimadın möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın genişlənməsinə xidmət edir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə yeni geoiqtisadi reallıqlar fonunda xüsusi aktuallıq qazanır.
Orta Dəhlizin inkişafı Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevrilməsini sürətləndirir. Dünyanın ən böyük ixracyönümlü iqtisadiyyatlarından biri olan Almaniya üçün etibarlı və alternativ nəqliyyat marşrutlarının formalaşdırılması strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın geostrateji mövqeyi Berlin üçün də artan maraq doğurur.
Dövlət başçıları arasında keçirilən danışıqlar, imzalanan sənədlər və mətbuata verilən birgə bəyanatlar Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək yeni yol xəritəsinin formalaşmasına mühüm töhfə verəcək. Bu səfər yalnız ikitərəfli münasibətlərin deyil, həm də Azərbaycanın Avropa ilə strateji tərəfdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43

