/ / Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının növbəti Ərazi Partiya Təşkilatının təsis yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının növbəti Ərazi Partiya Təşkilatının təsis yığıncağı keçirilib
24.07.2026 [15:30]
Qala qəsəbəsi, Dəmiryolçular küçəsi ünvanında Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının növbəti Ərazi Partiya Təşkilatının (ƏPT) təsis yığıncağı keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının məsləhətçisi Siyasət Həsənov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmzə Mustafayev, Qala Bələdiyyəsinin sədri Mahir Novruzov, ərazi partiya təşkilatının üzvləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə çıxış edən YAP Xəzər Rayon Təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, partiyanın sıralarının gündən-günə genişlənməsindən və ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıb. O bildirib ki, yeni yaradılan Ərazi Partiya Təşkilatı partiyanın ideya və prinsiplərinin təbliği, üzvlərlə işin daha səmərəli təşkili və ictimai fəallığın artırılması istiqamətində mühüm rol oynayacaq.
Daha sonra çıxış edən Qala Bələdiyyəsinin sədri Mahir Novruzov göstərilən etimada görə təşəkkürünü bildirib. O qeyd edib ki, yaradılan Ərazi Partiya Təşkilatı partiyanın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, üzvlər arasında birliyin möhkəmləndirilməsi və dövlətçilik prinsiplərinin təbliği istiqamətində fəal fəaliyyət göstərəcək.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həmzə Mustafayev Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün təbəqələrini əhatə edən geniş fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, Qala qəsəbəsində yeni Ərazi Partiya Təşkilatının yaradılması rayonun ictimai-siyasi həyatında fəallığın daha da artırılmasına, dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsinə və vətəndaşların təşəbbüslərinin dəstəklənməsinə mühüm töhfə verəcək.
Yığıncağın gündəliyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Qala Ərazi Partiya Təşkilatının yaradılması barədə qərar qəbul edilib. Səsvermənin nəticələrinə əsasən Mahir Novruzov Ərazi Partiya Təşkilatının sədri, Bəhrəm Şıxəliyev isə sədr müavini seçilib.
Sonda yeni seçilən rəhbərliyə fəaliyyətlərində uğurlar arzulanıb, Ərazi Partiya Təşkilatının qarşıdakı dövrdə partiyanın məqsəd və məramının həyata keçirilməsinə, üzvlərin ictimai-siyasi fəallığının artırılmasına və dövlətçilik dəyərlərinin təbliğinə layiqli töhfə verəcəyinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

