26 Avqust – Laçın Şəhəri Günüdür
26.08.2026 [14:16]
26 avqust Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix “Laçın Şəhəri Günü” kimi qeyd olunur. Laçın şəhərinin Azərbaycanın nəzarətinə qayıtması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində atılmış mühüm addımlardan biri kimi tarixə düşüb.
Laçın Azərbaycanın Qarabağ bölgəsinin mühüm yaşayış məntəqələrindən biridir. Şəhər özünəməxsus dağlıq relyefi, zəngin meşələri, sərin iqlimi, çayları və mineral su mənbələri ilə seçilir. Laçının coğrafi mövqeyi onun həm təbii gözəlliklərinin, həm də strateji əhəmiyyətinin formalaşmasında mühüm rol oynayıb.
Laçın və onun ətraf əraziləri tarixən Azərbaycan xalqının məskunlaşdığı, zəngin maddi və mənəvi irs yaratdığı torpaqlardan olub. Bölgənin folkloru, adət-ənənələri, xalçaçılıq sənəti, musiqisi və mətbəxi Azərbaycanın ümumi mədəni irsinin ayrılmaz hissəsini təşkil edir.
1992-ci il mayın 18-də Laçın rayonunun işğal edilməsi Azərbaycanın müasir tarixinin ən ağır səhifələrindən biri oldu. İşğal nəticəsində Laçın şəhərinin və rayonun yaşayış məntəqələrinin əhalisi öz doğma yurdlarından didərgin düşdü. Minlərlə insan uzun illər doğma evlərindən uzaqda yaşamağa məcbur oldu.
İşğal dövründə Laçının tarixi-mədəni irsinə ciddi ziyan dəydi, yaşayış məntəqələri dağıntılara məruz qaldı. Bununla belə, laçınlıların doğma torpağa bağlılığı və qayıdış ümidi heç vaxt sönmədi. Onilliklər ərzində Laçın adı Azərbaycan cəmiyyətində doğma yurda qayıdış arzusu ilə yanaşı çəkildi.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu 1 dekabr 2020-ci ildə bir güllə belə atımadan Azərbaycana qaytarıldı.
Bu hadisə Laçının tarixi həyatında yeni mərhələnin başlanğıcı oldu. Lakin Laçın şəhəri və ətraf yaşayış məntəqələrinin xüsusi statusu və təhlükəsizlik məsələləri səbəbindən şəhərin tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi sonrakı mərhələdə həyata keçirildi.
2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil oldu. Beləliklə, Laçın şəhərində Azərbaycanın dövlət suverenliyi və idarəçiliyi bərpa edildi. Məhz bu tarixi hadisənin ildönümü ilə əlaqədar 26 avqust Laçın Şəhəri Günü kimi təsis edildi.
Laçın Şəhəri Gününün qeyd olunması yalnız bir şəhərin azadlığı ilə bağlı deyil. Bu tarix Azərbaycan xalqının uzun illər ərzində qoruduğu qayıdış inamının və dövlətin qarşıya qoyduğu məqsədlərə nail olmasının rəmzlərindən biridir.
Laçının təbii xüsusiyyətləri və tarixi potensialı onun turizm baxımından da böyük imkanlara malik olduğunu göstərir. Dağlıq landşaft, meşələr, çaylar, mineral və termal su mənbələri, tarixi və mədəni abidələr bölgənin ekoturizm, sağlamlıq turizmi və digər turizm istiqamətləri üçün əlverişli olduğunu göstərir.
Bərpa prosesinin mühüm məqsədlərindən biri Laçının tarixi simasının qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılmasıdır. Bu baxımdan görülən işlər şəhərin həm yaşayış, həm də turizm və iqtisadi fəaliyyət üçün cəlbedici məkana çevrilməsinə xidmət edir.
Laçının gələcəyində ən mühüm məsələlərdən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Uzun illər ərzində həsrətlə gözlənilən bu qayıdış insanların yalnız yaşayış yerinə deyil, öz tarixi və mənəvi köklərinə dönüşü kimi qiymətləndirilir.
Laçının azadlığından sonra şəhərdə və rayonda genişmiqyaslı bərpa və quruculuq layihələrinə başlanıldı. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət 2025-ci il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və “Həkəriçay” su anbarının təməlini qoyub.
Yeni yaşayış məhəllələrinin salınması, sosial obyektlərin tikilməsi və məşğulluq imkanlarının yaradılması qayıdan əhalinin rahat və təhlükəsiz həyatının təmin olunmasına yönəlib. Beləliklə, Laçında həyatın yenidən canlandırılması təkcə tikinti prosesi deyil, həm də insanların doğma yurdla əlaqələrinin bərpasıdır.
26 Avqust hər bir laçınlı üçün doğma şəhərə bağlılığın, qayıdışın və ümidin simvoludur. Bu gün Laçının keçmişini xatırlamaqla yanaşı, onun gələcəyinə inamı ifadə edir.
Laçın Şəhəri Günü gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Bu tarix vasitəsilə gənclərə doğma torpağın, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunmasının vacibliyi aşılanır.
Bu gün Laçın yalnız keçmişi ilə deyil, gələcəyi ilə də diqqət mərkəzindədir. Bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi, yeni infrastrukturun yaradılması və turizm potensialının inkişaf etdirilməsi şəhərin Azərbaycanın müasir inkişafında mühüm məkanlardan birinə çevrilməsi üçün zəmin yaradır.
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan tarixində doğma torpağa bağlılığın, qayıdışın və yenidənqurmanın rəmzi olaraq xüsusi yer tutur. Laçının gələcəkdə daha abad, firavan və inkişaf etmiş şəhər kimi formalaşması onun çoxəsrlik tarixinin yeni mərhələsini təşkil edir.
Laçın yenidən qurulur, dirçəlir və gələcəyə inamla addımlayır.
Sevinc Sadıq qızı Mustafayeva
YAP Culfa Rayon Təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

