Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir
07.09.2026 [20:47]
Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatının XIII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, regionların sosial-iqtisadi inkişafı sürətlənib, genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilib.
İ.Məmmədov qeyd edib ki, ötən müddət ərzində YAP Babək rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirib.
Konfransda Babək Rayon İcra Hakimiyətinin başçısı Ovni Muradov çıxış edərək Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində roluna diqqəti cəlb edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva isə çıxışında Azərbaycanın ərazi bütövlüyünün və mütləq suverenliyinin bərpasının tarixi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ü.Həmzəyeva bu tarixi nailiyyətin Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rolundan bəhs edib, partiyanın ölkənin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. A.İmaməliyev vurğulayıb ki, YAP-ın gücü onun geniş sosial bazaya, möhkəm təşkilati struktura və vahid məqsəd ətrafında birləşən üzvlərə malik olması ilə şərtlənir. O, partiyanın bundan sonra da qarşıda duran bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək əzmində olduğunu bildirib.
Babək rayonu Təhsil şöbəsinin müdiri, YAP Babək rayon təşkilatı təhsil şöbəsi ərazi partiya təşkilatının sədri Sahil Əlizadə və partiyanın gənc üzvü Şəhla Tarverdiyeva gənc nəslin ictimai-siyasi proseslərə cəlb olunmasının, onların təşəbbüskarlığının dəstəklənməsinin önəmindən bəhs ediblər.
Konfransda YAP Babək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45

