YAP Kəlbəcər rayon təşkilatında 20 Sentyabr Dövlət Suverenliyi Günü qeyd olunub
21.09.2026 [13:21]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatında 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və üzvləri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
Qeyd etdi ki, bu tarixi hadisə Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin müzəffər sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, rəşadətli Ordumuzun gücü və xalqımızın milli birliyi sayəsində mümkün olub. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Kəlbəcər rayon Dövlət İşçiləri Həmkarlar Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Ələsgər Kəmalov,Rəşail Azayev,Yadulla Süleymanov,Natiq Alşanov,tibb bacısı Mehriban Abdullayeva,YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər Su Melarasiya idarəsinin əməkdaşı Bilal Nuriyev, Kəlbəcər 109 nömrəli tam orta məktəbin müəllimi Çinarə Eyvazova və digər çıxış edənlər 20 Sentyabr – Dövlət Suverenliyi Günü haqqında fikirlərini bölüşüblər.Bildirilib ki, bu tarixi nailiyyət Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə imkan yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu proses xalqımızın Böyük Qayıdış arzusunun gerçəkləşməsinin bariz ifadəsidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05

