Azərbaycan-Kamboca tərəfdaşlığının yeni mərhələsi
15.10.2026 [17:15]
2026-cı il oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi keçirildi. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda fəxri qarovul dəstəsi düzülmüş, Kamboca Krallığının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdi. Rəsmi mərasimdən sonra Prezident İlham Əliyevlə Baş nazir Hun Manetin əvvəlcə məhdud, daha sonra geniş tərkibdə görüşləri oldu, imzalanmış sənədlər mübadilə edildi, liderlər mətbuata bəyanatlarla çıxış etdilər. Bu ardıcıllıq səfərin yalnız protokol xarakteri daşımadığını, konkret nəticələrə hesablandığını aydın göstərirdi.
Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan-Kamboca münasibətlərinin bugünkü vəziyyətini və gələcək perspektivlərini əhatəli şəkildə ortaya qoydu. Dövlətimizin başçısı Baş naziri bir daha salamlayaraq onun qarşıdakı günlərdə Bakıda keçiriləcək AQEM-in Zirvə görüşündə şəxsən iştirakını Azərbaycan üçün böyük şərəf adlandırdı. Prezident 12 il əvvəl Kambocanın o vaxtkı Baş naziri, hazırda Senatın sədri olan Hun Senlə məhz Azərbaycanda görüşdüyünü xatırladaraq bu səfəri siyasətin davamı kimi dəyərləndirdi və ölkələrimizin yaxşı dost və tərəfdaş olduğunu vurğuladı.
Bəyanatın əsas tezislərindən biri iki ölkənin çoxtərəfli diplomatiyadakı həmrəyliyi ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələr və fəal əməkdaşlıq mövcuddur. Xüsusi qeyd olunan fakt isə Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsidir. Dövlətimizin başçısı bunu Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığının və xarici siyasətimizin prioritetlərindən biri olduğunun göstəricisi kimi təqdim etdi. Baş nazir Hun Manet də öz bəyanatında Kambocanın Azərbaycanın ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini əvvəllər də dəstəklədiyini təsdiqlədi.
Bəyanatda diqqət çəkən digər mühüm məqam Azərbaycanın dövlət idarəçiliyi sahəsində qazandığı təcrübənin beynəlxalq maraq doğurması idi. Prezident İlham Əliyev məmnunluqla qeyd etdi ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemi Kambocada da maraq doğurur. Dövlətimizin başçısının sözlərinə görə, bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkədə tətbiq edilir və bu təcrübənin ikitərəfli münasibətlərə yaxşı töhfə verəcəyi şübhəsizdir. “ASAN” modeli şəffaflıq, operativlik və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanır; onun ölkə hüdudlarından kənarda tətbiq olunması Azərbaycanın innovativ idarəetmə sahəsində nümunəvi dövlətə çevrildiyini təsdiqləyir.
Prezident İlham Əliyev nəqliyyat və rəqəmsal transformasiyanı da müzakirə olunan və prioritet hesab edilən sahələr sırasında qeyd etdi. Asiya ilə Avropa arasında yerləşən Azərbaycan bağlantıların təmin edilməsində öz rolunu oynayır. Baş nazir Hun Manet isə mülki aviasiya qurumları arasında görüşün keçirilməsi və hava əlaqələri haqqında sazişin imzalanması imkanlarının müzakirə edildiyini bildirdi. Bu addımlar iki ölkə arasındakı coğrafi məsafəni praktik baxımdan qısaltmağa, işgüzar və turizm mübadiləsini artırmağa xidmət edəcək.
Dövlətimizin başçısı ticarət və investisiya sahəsindəki vəziyyəti də açıq qiymətləndirdi: ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir, lakin imkanlar çoxdur. Prezidentin fikrincə, yeganə maneə məsafə ola bilər, müasir dünyada isə bu, böyük problem deyil; əsas boşluq məlumat çatışmazlığıdır və onu aradan qaldırmaq lazımdır. Məhz bu məqsədlə ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaradıldı, eyni gün Bakıda iki ölkənin çoxsaylı şirkətlərinin iştirakı ilə biznes forumu keçirildi.
Bəyanatda Azərbaycan həqiqətləri də bir daha beynəlxalq tərəfdaşa çatdırıldı. Prezident İlham Əliyev mina probleminin hər iki ölkə üçün ortaq çağırış olduğunu, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insanın həlak olduğunu və ya xəsarət aldığını bildirdi, bu sahədə təcrübə mübadiləsinin və təlimlərin vacibliyini vurğuladı. Dövlətimizin başçısı həmçinin sülhün və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğunu qeyd etdi, azad edilmiş torpaqlarda “Böyük Qayıdış” Proqramının uğurla davam etdiyini, artıq həmin ərazilərdə 100 minə yaxın insanın yaşayıb çalışdığını diqqətə çatdırdı.
Bütövlükdə Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində yürütdüyü məqsədyönlü siyasətin real nəticələrini nümayiş etdirdi. Siyasi dialoq, beynəlxalq platformalarda qarşılıqlı dəstək, uğurlu idarəetmə təcrübəsinin bölüşülməsi və iqtisadi əməkdaşlıq üçün yaradılan mexanizmlər Azərbaycan-Kamboca tərəfdaşlığını keyfiyyətcə yeni mərhələyə daşıyır. Baş nazir Hun Manetin Kamboca Kralı Norodom Sihamoninin Prezident İlham Əliyevə Kambocaya səfər dəvətini çatdırması isə bu dialoqun yaxın gələcəkdə yeni yüksək səviyyəli görüşlərlə davam edəcəyindən xəbər verir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42

