YAP Gənclər Birliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri uğurlu olub
03.04.2014 [09:49]
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndələri Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı Ədalət və İnkişaf Partiyasının (AKP) həyata keçirdiyi təbliğat işində iştirak etmək üçün bu ölkədə səfərdə olublar. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibi YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov, YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev və YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abbasəliyevdən ibarət olub. AKP gəncləri tərəfindən təşkil edilən “Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində reallaşan bu səfərdə əsas məqsəd Türkiyədə mövcud seçki praktikasının təqdimatından ibarət olub. Proqram çərçivəsində 30 müxtəlif ölkədən 75 nəfər gənc siyasətçi Tükiyənin 10 bölgəsində seçkilərə hazırlıq, təbliğat prosesini diqqətlə izləyib və bu prosesdə iştirak ediblər.
Azərbaycanı təmsil edən YAP Gənclər Birliyinin üzvləri İstanbul, Konya, Samsun və Antalya şəhərlərində proqramın iştirakçısı olublar. 8 günlük proqram müddətində ilk gün İstanbulda AKP-nin Gənclik Qolları başkanı Zafer Çubukçu ilə iştirakçıların geniş tərkibdə rəsmi görüşləri keçirilib.
Sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov və nümayəndələr - Bəxtiyar Nəbiyev, Rəşad Abbasəliyev Konya şəhərində həyata keçirilən seçki təbliğatını izləyib. Bu şəhərdə AKP-nin həyata keçirdiyi təbliğat işinə qatılan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə də gənclərimizin görüşü olub. Bundan əlavə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov AKP-nin Konya şəhəri üzrə Gənclik Qollarının sədri və üzvləri ilə də işgüzar görüşlər keçirib. Görüşlərdə gələcəkdə nəzərdə tutulan mübadilə proqramları ilə bağlı da müzakirələr aparılıb.
YAP Gənclər Birliyinin nümayəndə heyətinin üzvü Həsən Daşdəmirov Samsun şəhərində seçki öncəsi prosesləri izləyib. Proqram müddətində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu şəhərdə böyük mitinqi baş tutub. Mitinqdən sonra Baş nazir proqramda iştirak edən gənclərlə görüşüb.
Sərraf Hüseynov isə Antalyada keçirilən seçki təbliğatında iştirak edib. Bu şəhərdə təbliğat işinə Türkiyənin Avropa Şurası naziri Mövlud Çavuşoğlu rəhbərlik edib.
Proqramın sonuncu tədbirləri isə İstanbul şəhərində reallaşdırılıb. Bağlanış tədbirində iştirakçıların fikirləri öyrənilib, fikir mübadiləsi aparılıb və proqramın iştirakçısı olan hər bir gəncə sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

