/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
01.07.2014 [09:50]
Əli Əhmədov: Məqsədimiz odur ki, bələdiyyə seçkilərində partiyamız böyük qələbə qazansın, yerli özünüidarə orqanlarında YAP-ın yüksək təmsilçiliyi təmin olunsun
İyun ayının 28-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov belə toplantıların ənənə halını aldığını bildirib. Əli Əhmədov qeyd edib ki, toplantılarda ölkədə keçirilən seçkilərə hazırlıq və partiyadaxili məsələlər ciddi müzakirə olunur. Bu da bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyalarının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Baş nazirin müavini Azərbaycanın sürətlə inkişaf etdiyini və bunun dünya tərəfindən etiraf edildiyini vurğulayıb. Onun fikrincə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının nəticəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: “ATƏT Parlament Assambleyasının yay sessiyasının Bakı şəhərində keçirilməsi bütövlükdə ölkəmizin siyasi həyatında mühüm hadisədir. Bu fakt Azərbaycanın bütün dünyada, o cümlədən, Avropa səviyyəsində əhəmiyyətinin, nüfuzunun artmasının bilavasitə göstəricidir. İndi Azərbaycan bir çox beynəlxalq təşkilatların həvəslə öz tədbirlərini keçirmək üçün seçdikləri məkana çevrilib. İstər siyasi, istər iqtisadi, istərsə də mədəniyyət və idman yönümlü nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında inamla qərarlar qəbul edirlər. Bu, Azərbaycanın inkişafının, xüsusilə beynəlxalq aləmdə hörmətinin, nüfuzunun, əhəmiyyətinin və rolunun artmasının ifadəsidir”.
Əli Əhmədov bildirib ki, bütün bunlar Azərbaycanın yüksək dinamika ilə inkişaf etməsindən xəbər verir. Onun sözlərinə görə, iqtisadi inkişaf ölkəmizin bütün sferalarında əhəmiyyətli dəyişiklikərə gətirib çıxarıb. “Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan modernləşir, müasirləşir, yeniləşir və müasir dünyanın, Avropanın ayrılmaz parçasına çevrilir. Yəni, təkcə coğrafi nöqteyi-nəzərdən deyil, inkişaf, mədəniyyət, müasirləşmə baxımından Avropanın bir hissəsini təşkil edirik. Azərbaycanı dünya belə də qəbul edir. Təbii ki, bütün bunlar ölkəmizdəki müsbət dəyişikliklərlə bağlıdır. Xüsusilə, Azərbaycandakı sabitlik və əmin-amanlıq da bu cür mötəbər tədbirlərin Bakı şəhərində keçirilməsinə əsas yaradır. Bir sözlə, Azərbaycan dünyaya açıq ölkədir. Prezidentimiz Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasındakı çıxışında da bu reallıqları ifadə etdi. Dövlətimizin başçısı dərin məzmunlu, əhatəli çıxışı ilə Azərbaycan reallıqlarını, inkişafı və onun nəticələrini, əldə olunan nailiyyətləri, eləcə də, qarşıdakı perspektivləri Avropanın siyasi mühitinə çatdırdı. Beləliklə, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf bütün parametrlər üzrə Azərbaycanın müasirləşməsində, yeniləşməsində özünün ifadəsini tapır. YAP-ın üzvü olaraq biz bu reallıqları məmnunluq və qürur hissi ilə qeyd edirik. Bu uğurlu fon əsasında da qarşıdan gələn bələdiyyə seçkilərini uğurla keçirmək üçün çox əhəmiyyətli arqumentlər əldə etmişik. İstinad edəcəyimiz başlıca arqument Prezident İlham Əliyevin son illər əldə etdiyi böyük nailiyyətlər, xüsusilə regionların inkişafı sahəsində misilsiz uğurlardır ki, regionlarda yaşayan insanların həyatı ciddi şəkildə dəyişib. Bu arqumentlərlə Yeni Azərbaycan Partiyası öz təbliğatını qurub qarşıdan gələn bələdiyyə seçkilərində uğur qazanacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Seçkilərin dekabr ayında keçiriləcəyini diqqətə çatdıran Əli Əhmədov YAP-ın bu seçkilərlə bağlı hazırlıq işləri apardığını bildirib. “Məqsədimiz odur ki, bələdiyyə seçkilərində partiyamız böyük qələbə qazansın, yerli özünüidarə orqanlarında YAP-ın yüksək təmsilçiliyi təmin olunsun. İnanırıq ki, biz buna nail ola biləcəyik. YAP-ın bu seçkilərdə möhtəşəm qələbə qazanması üçün kifayət qədər əsaslar var. Bilirsiniz ki, Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi resurslardır. Biz inanırıq ki, bu resursların, xüsusilə Prezidentimizin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində uğur qazanacaq, yerli özünüidarə orqanlarında partiyamızın nümayandələri geniş miqyasda təmsil olunmaq imkanı əldə edəcəklər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov seçkilərə hazırlıq məsələləri ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə, həmçinin, partiyadaxili məsələlər də geniş müzakirə olunub. Əli Əhmədov qeyd edib ki, YAP partiyadaxili nizam-intizamın qorunmasına və daha da möhkəmlənməsinə həmişə böyük önəm verib. Qeyd edək ki, bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov çıxış edib. Toplantı müzakirələr şəraitində davam edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35

