Oğuzda “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” davam edir
15.07.2014 [14:40]
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin II turu öz işini davam etdirir. İyulun 15-də seminar-diskussiya keçirilib, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb, interaktiv oyunlar və idman yarışları təşkil edilib.
“İKT və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən seminarda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Oğuz II tur qrupunun rəhbəri Hikmət Babaoğlu XXI yüzilliyi informasiya əsri kimi səciyyələndirərək müasir dövrdə İKT-nin inkişafının strateji əhəmiyyət kəsb etdiyini bildirib. Baş redaktor deyib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi müsbət məqamlarla yanaşı, bir sıra zərərli tendensiyaların meydana çıxmasına səbəb olub.
İnformasiya resurslarını strateji idarəetmə vasitəsi kimi xarakterizə edən Hikmət Babaoğlu qeyd edib ki, sosial medianın meydana çıxması və internetdən istifadə imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb.
“İKT və kibertexnologiyaların inkişafı çox sürətlə gedir və bəşəriyyəti insanların proqnozlaşdıra bilmədikləri nöqtələrə gətirib çıxarır. Yeni kibertexnologiyalar yaradılan zaman onu yaradan və idarə etməyə çalışan mərkəzlərin maraqlarına xidmət etsə də, sonrakı mərhələdə öz-özlüyündə yarımmüstəqil platformaya çevrilərək proqnozlaşdırılmayan və idarə olunmayan proseslərə gətirib çıxarır. Və belə demək mümkünsə, yeni innovasiyalar və yeni kibertexnologiyalar insanlara yeni azadlıqlar bəxş etsə də, eyni zamanda, bu azadlıqların hüdudları, ölçüsü və dərəcəsi qeyri-müəyyən olduğu üçün bunun azadlıqmı, yoxsa anarxiyamı olduğuna dair ciddi suallar yaradır. Məsələ bundadır ki, yeni texnologiyalar yaradılan zaman, ilk növbədə, qarşıya qoyulan məqsəd həmin texnologiyalara nəzarət etməyi də özündə birləşdirən bir ideya idi. Təəssüf ki, getdikcə nəzarət amili sıradan çıxdı və artıq kibertexnologiyalar virtual məkanda öz-özünə inkişaf edən, öz-özünü tənzimləyən, öz sərhədlərini və keyfiyyətini müəyyənləşdirən nizamlı, eyni zamanda, xaotik bir prosesə çevrilir”,- deyən baş redaktor müasir qloballaşma şəraitində informasiya təhlükəsizliyi probleminin bütün cəmiyyətlərə aid olduğunu və strateji məsələ kimi çıxış etdiyini əlavə edib.
Sosial medianı özünəməxsus platforma kimi səciyyələndirən qrup rəhbəri “O, bütün fərdləri əhatə edəcək qədər kütləvidir, eyni zamanda, ifrat sərbəstlik verəcək qədər azaddır. Belə olan təqdirdə bəhs olunan platformada idarəetməni və rasional nəzarəti necə təşkil etmək lazımdır? Rasional münasibətlər sisteminin formalaşmadığı neqativ yüklü cəmiyyətlərdə bu platforma, bir növ, xaos və destruktiv ziddiyyətlər mənbəyi kimi çıxış edir ki, bu da, əlbəttə ki, arzuolunmazdır. Məsələn, "Ərəb baharı" adlandırılan Yaxın Şərq və Şimali Afrika olaylarından sonra bir daha əmin olduq ki, sosial media hər nə qədər inkişaf üçün bir açar əhəmiyyəti daşıyırsa, bir o qədər də tənəzzül mənbəyi və ya vasitəsi kimi çıxış edir”,-deyə əlavə edib.
Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada İKT sektorunun inkişafının əhəmiyyətindən bəhs edilib, informasiya əsrinin yaratdığ problemlər diqqətə çatdırılıb. Bildirilib ki, gənclər sosial mediadan səmərəli və milli maraqlara müvafiq surətdə istifadə etməklə həm özlərinin intellektual potensiallarını artırmalı, həm də cəmiyyətdə hökm sürən zərərli tendensiyaların aradan qaldırılmasına yardımçı olmalıdırlar.
NURLAN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

