YAP Masallı rayon təşkilatı Aparatında Şura iclası keçirilib
05.08.2014 [09:36]
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Aparatında Şura iclası keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan bu siyasi təşkilatın indiyədək qazandığı uğurlardan danışıb.
Çıxışına davam edən natiq, həmçinin, deyib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş verib. “Həyatımızda baş verən müsbət dəyişikliklər Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin kökündə insanların rahat həyat tərzinin, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması dayanır”.
“YAP Masallı rayon təşkilatı işini partiyanın Proqram və Nizamnaməsinə, YAP Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına, partiyanın V qurultayının qərarlarına uyğun olaraq qurub”, - deyən Seyfəddin Əliyev onu da qeyd edib ki, cari ildə ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da aparılan abadlıq, quruculuq işləri sürətlə davam etməkdədir. O, həmçinin, “Məlum olduğu kimi, 2014-cü ildə, ölkəmizin yerli özünüidarəetmə sahəsində əhəmiyyətli xarakter daşıyan bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərdə də YAP namizədlərinin parlaq qələbəsini təmin etmək məqsədilə hər bir partiya üzvü öz fəallığını daha da artırmalıdır” - sözlərini də əlavə edib.
O da qeyd olunub ki, hazırda YAP Masallı rayon təşkilatının üzvlərinin sayı 9609 nəfərə çatıb. Onların 2714 nəfərini (28,3 faiz) qadınlar, 2556 nəfərini (26,6 faiz) isə gənclər təşkil edir: “YAP-ın Sədri cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, hesabat ilində partiya sıralarına qəbul edilənlərin əksəriyyəti gənclərdir. Belə ki, 2014-cü ilin 6 ayı ərzində partiya üzvlüyünə qəbul olunan 392 nəfərdən 212 nəfəri (54,1 faiz) gənclərdir”.
Daha sonra YAP Masallı rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Elman Rəhimov, rayon təşkilatının Şura üzvləri Mirqabil Hüseynov, Əfrail Fərziyev, Qadınlar Şurasının üzvü Naibə Aslanova və başqaları gündəlikdə duran məsələlər ətrafında geniş çıxış ediblər.
Şura iclasında gündəlikdə duran məsələlər ətrafında bir sıra qərarlar qəbul edilib.
S.Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

