YAP Yasamal rayon təşkilatında “Natiqlik məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib
09.08.2014 [11:10]
Hikmət Babaoğlu: Azərbaycanda siyasi natiqlik Ulu öndər Heydər Əliyevin timsalında özünün zirvəsinə çatdı
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının qərargahında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Natiqlik məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə YAP Gənclər Birliyinin fəalları iştirak ediblər. Layihənin rəhbəri, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov bu mövzunun gənclər üçün əhəmiyyətli olduğunu bildirib. O, qeyd edib ki, YAP Gənclər Birliyində gələcəyin siyasətçiləri yetişir. Ona görə də, natiqlik sənətinin mənimsənilməsi gənclər üçün vacibdir. E.Əmirov bildirib ki, “Natiqlik məktəbi” layihəsi çərçivəsində təşkil olunan tədbirlərə qatılan gənclər həm düzgün danışıq, həm kitab oxuma, həm də jestlərdən düzgün şəkildə istifadə etmə qaydalarını mənimsəyəcəklər: “Biz layihə çərçivəsində müxtəlif mövzulara toxunacağıq və tədbirlərimiz il boyu davam edəcək. Layihənin əhəmiyyəti çox böyükdür. Çünki gənclərimiz debatlarda və hər hansı bir tədbirdə çıxış edərkən bu məktəbin töhfələrindən faydalanacaqlar”.
Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bu mövzuda geniş çıxış edib. YAP-ın fəal gənclərinin bu mövzunu diqqətdə saxlamalarını təqdir edən Hikmət Babaoğlu gələcəyin siyasətçiləri üçün natiqliyin əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd olunub ki, hər bir xalqın gələcəyi onun gəncliyidir və gəncliyin kimliyi, keyfiyyəti, əslində o xalqın gələcək kimliyini formalaşdırır: “Hər bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Bu baxımdan natiqlik hər bir insan üçün lazımlı və vacib sənətdir”.
Bildirilib ki, natiqlik sənəti bir şəxsin özünüifadəsinin təzahürüdür. Belə ki, natiqlik nitq, jest, viziual və emosional formada öz fikirlərinin auditoriyaya çatdırılmasıdır. Natiqlik sənətinin tarixindən danışan Hikmət Babaoğlu bu sənətin qədim tarixə malik olduğunu, Siseron, Demosfen kimi böyük natiqlərin olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda isə Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai də gözəl natiq kimi tariximizə adını həkk edib. Natiqlik sənətindən danışarkən siyasi, publisistik, bədii, hərbi, işgüzar natiqliyi diqqətə almaq lazımdır.
Tədbirdə o da vurğulanıb ki, natiqlik sənəti ictimai və siyasi münasibətlərdə istifadə olunan bir sənətə çevrilib. Bu gün natiqlik sənəti Azərbaycanda da inkişaf etməkdədir.
“Azərbaycanda siyasi natiqlik Ulu öndər Heydər Əliyevin timsalında özünün zirvəsinə çatdı. Hələ sovetlər birliyi dövründə Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1978-ci ildə Azərbaycan dili Konstitusiyamızda dövlət dili statusu qazandı. Ümummilli lider Heydər Əliyev bundan əvvəl də respublikada siyasi nitqlərini Azərbaycan dilində edirdi. Bu çıxışların siyasi liderin dilindən səslənməsi Azərbaycan dilinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev elə böyük siyasi natiq idi ki, Onun nitqləri Azərbaycan və rus dilində natiqlik nümunələri kimi göstərilirdi və ali partiya məktəblərində tədris olunurdu” - deyə, tədbirdə qeyd olunub.
Bildirilib ki, nitqimizin mənalı, zəngin və rəngarəng olması üçün nitq mədəniyyətinin tələb etdiyi kimi qrammatik cəhətdən düzgün, məntiqi cəhətdən səlis və ana dilində danışmağı bacarmalıyıq. Natiqlik həm də dil mədəniyyətinə söykənir.
Təqdimat mərasimində vurğulanıb ki, gənclərimizin qarşısında duran əsas məsələlərdən biri ondan ibarətdir ki, nitq vasitəsilə özlərini mükəmməl ifadə etməyi öyrənsinlər. Bunun üçün ilk növbədə, geniş söz ehtiyatı olmalıdır. Siyasi nitqlərin öyrənilməsinin zəruriliyinin vurğulandığı tədbirdə bildirilib ki, bunun üçün xüsusilə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqləri öyrənilməlidir.
“Prezident İlham Əliyev bəyan edib ki, “qara qızıl”ın intellektual kapitala çevrilməsi bizim təcrübəmizdə özünü doğruldub. Həqiqətən də, gənclərin idraki, əqli keyfiyyətləri onu göstərir ki, biz “qara qızıl”ı insan kapitalına çevirməyi bacarmışıq” - deyə, qeyd olunub. O da xüsusi vurğulanıb ki, siyasi natiqliyin öyrənilməsi YAP-ın gənc üzvləri üçün çox vacibdir.
Daha sonra gənclərin sualları cavablandırılıb. Tədbir diskussiya formasında öz işini davam etdirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37

