YAP Yasamal rayon təşkilatında yüksək bal toplayan gənclərlə görüş keçirilib
01.10.2014 [09:34]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayaraq, Bakı Dövlət Universitetinə (BDU) daxil olan gənclərlə görüş keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev, YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib: “Gənc dövlət olmağımıza baxmayaraq, ölkəmizdə gənclərə çox böyük önəm verilir və bu, bizi çox sevindirir”.
Son bir neçə ildə ölkə başçısı tərəfindən gənclər siyasəti ilə bağlı imzalanan sərəncamları xatırladan B.Nəbiyev deyib ki, bu sənədlər Azərbaycanda aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
“Bu gün YAP-ın 630 mindən çox üzvü var və onların da 40 faizi, rəqəmlə desək, təqribən 250 mini gənclərdir. Biz gənclər ölkə başçısının ətrafında sıx birləşib, Onun daxili və xarici siyasətini dəstəkləyirik. Dövlət gənclər siyasətindən bəhrələnənlərdən biri də bizlərik”, - deyə, o, qeyd edib.
YAP Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov isə deyib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir: “Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə bərabər, həm də demokratikləşmə prosesində yüksək səviyyədə iştirak edərək, mədəniyyət, incəsənət, elm və digər sahələrdə də parlaq nailiyyətlər qazanıb, dövlətçilik ənənələrini daim uca tutur. Azərbaycanda gəncliyə dövlət qayğısı uğurlara hesablanan bir siyasətdir ki, bu siyasət nəticəsində də sağlam və intellektual nəslin formalaşmasının şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyev daima gənclərin ictimai-siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, gənclərin beynəlxalq əməkdaşlığı ilə bağlı düşündüyü üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır”.
Daha sonra digər çıxış edənlər də dövlətimiz tərəfindən gənclərə göstərilən diqqətdən və qayğıdan danışıblar.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

