YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının bir qrup üzvü kimsəsiz uşaqları ziyarət edib
18.10.2014 [11:09]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Qadınlar Şurasının bir qrup üzvü Binə qəsəbəsində yerləşən “Ümid yeri” Cəmiyyətinin kimsəsiz uşaqlar üçün təşkil etdiyi sığınacaqda məskunlaşan kimsəsiz uşaqları ziyarət edib.
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva bildirib ki, bu cür tədbirlərin məqsədi kimsəsiz uşaqlara maddi və mənəvi dəstək göstərilməsindən ibarətdir: “Təşkilatımızın illik tədbirlər planı var və bu plana uyğun olaraq belə görüşlər keçiririk. Bu görüş vasitəsilə biz kimsəsiz uşaqların problemlərini daha yaxından öyrənirik və problemlərin həllinə də imkanımız daxilində köməkliklər göstərəcəyik. Bilirsiniz ki, Azərbaycanda sosail müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən, uşaqlara xüsusi qayğı göstərilir. Bu siyasət davamlı xarakter daşıyır”.
P.Hacıyeva valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdə Ümummilli lider Heydər Əliyevin uşaqlara qayğısından, dövlət uşaq siyasətindən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb. “Ümumiyyətlə, biz bir sıra tədbirlər planı hazırlamışıq ki, mütəmadi olaraq ahıl, kimsəsiz, qayğıya ehtiyacı olan insanlarla, uşaqlarla görüşək” - deyə, o vurğulayıb.
“Ümid yeri” Cəmiyyətinin sədri Nigar Mənsimli isə bu sığınacaqda 45 kimsəsiz uşağın məskunlaşdırıldığını, onların təhsilinə xüsusi diqqət yetirildiyini və sosial şəraitlərinin həll olunduğunu deyib: “Azərbaycanın ən qiymətli sərvəti təbii ki, insanlarıdır. Bu zəngin məmləkətə sahib çıxmaq istəyiriksə uşaqlarımıza, onların sağlamlığına, təhsilinə sahib çıxmalıyıq. 1997-ci ildən fəaliyyətə başlayan “Ümid yeri” Cəmiyyəti də ilk gündən işini bu istiqamətdə qurub.
Biz böyük ailəyik. Burada atılan, kimsəsiz uşaqlar məskunlaşıb. Onları eyni tale birləşdirir. Biz burada onlara normal təhsil veririk. Burda uşaqları hazırlayırıq, ilin sonunda Təhsil Nazirliyinə müraciət edirik. Nazirlikdən gələn komissiya imtahan keçirir və hər uşağı biliyinə uyğun olaraq siniflərə yazır. Beləliklə də, onlar itirdikləri illəri bir neçə ilə qazanırlar. Həmin uşaqlar Binə qəsəbəsindəki 136 saylı orta məktəbə oxumağa göndərilirlər. Biz bu yöndə məktəblə sıx əməkdaşlıq edirik. Uşaqlar xüsusi avtobusla məktəbə gedib-gəlirlər”.
Daha sonra görüşdə valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqlara YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının hədiyyələri, sovqatları təqdim edilib. Həmiçnin, qadınlar uşaqlar üçün sığınacaqda yaradılan şəraitlə yaxından tanış olublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

