YAP bələdiyyə seçkilərinə aydın proqramla gedir
17.12.2014 [10:18]
Bərdə rayonunda seçicilərlə növbəti görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və YAP Mərkəzi Aparatının məsul işcisi Araz Xudadanov da iştirak edib. Tədbiri YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, eləcə də, bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatının gördüyü işlərdən danışıb. F.Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə inamla və aydın proqramla gedir: “Seçicilərin partiyaya olan inamı və dəstəyi bu proqramın həyata keçirilməsinə əsas verir. Eyni zamanda, əhaliyə daha keyfiyyətli bələdiyyə xidməti göstərilməsi üçün ən layiqlilərin yerli özünüidarəetmə orqanlarına seçilməsi üçün seçicilər səsvermə günü fəal olmalı və seçki məntəqələrinə gəlib öz mövqeyini ifadə etməlidir”.
Görüşdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinin mahiyyətindən, bələdiyyələrin öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən, bölgələrin abadlaşdırılmasından, müasirləşməsindən, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşmasından bəhs edib. K.Kərimov bələdiyyə seçkilərinin respublikamızın sosial-siyasi həyatında vacib hadisə olduğunu vurğulayıb. YAP İdarə Heyətinin üzvü yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötdüyünü qeyd edib, bu müddət ərzində bələdiyyələrin müəyyən inkişaf yolu keçdiyindən, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımların atıldığından danışıb. K.Kərimov çıxışında Yeni Azərbaycan Partiyasının respublikamızda ən güclü siyasi qüvvə olduğunu, bu günə qədər keçirilən siyasi kampaniyalarda qələbə qazandığını bildirib.
Görüşdə, həmçinin, YAP rayon təşkilatının təbliğat qrupunun üzvü Ofeliya Hüseynova çıxış edərək seçicləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17

