Ağstafalı gənclər bələdiyyə seçkilərində
18.12.2014 [10:14]
YAP-ın namizədlərinə səs verəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində dünən YAP Ağstafa rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov iştirak ediblər.
YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov tədbiri giriş sözü ilə açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib. R.Tatarov bildirib ki, Ağstafa rayonunda bu seçkilərdə ümumilikdə 1308 nəfər gənc ilk dəfə səs verəcək. Rayon üzrə 29 bələdiyyəyə Yeni Azərbaycan Partiyası tərəfindən 265 nəfər namizəd irəli sürülüb ki, bunların da 65 nəfərini gənclər təşkil edir. Təşkilat sədri deyib ki, bütövlükdə Ağstafa seçiciləri “Rifah və quruculuq naminə” şüarı ilə seçkilərə gedən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov çıxış edərək bildirib ki, gənclərin seçkilərə gəlməsi və seçilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır: “Çünki gənclər bir-birini tanıyır, bir-birilə yaxındırlar, dostdurlar. Bu, onların gələcəkdə özləri üçün karyera qurmaqlarında, optimal idarəçilikdə təcrübə toplamalarında müstəsna əhəmiyyətə malikdir”.
YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov isə çıxışında ölkəmizdə Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası tərəfindən də gənclərlə bağlı layihələr həyata keçirilir. Buna nümunə kimi hər il yüzlərlə gəncin “Yay məktəbi”ndə iştirakını göstərmək olar.
Gənclərdən Elvin İmaməliyev, Ceyhunə Əliyeva, Nizami İsgəndərli və başqaları çıxış edərək ölkədə gənclərə göstərilən qayğıdan danışıblar. Bildirilib ki, gənclər qarşıdan gələn seçkilərdə ölkəmizin inkişafına xidmət edən YAP-ın namizədlərinə səs verəcəklər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

