/ / Qobustan qəsəbəsinin seçiciləri də rifah və quruculuq naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
Qobustan qəsəbəsinin seçiciləri də rifah və quruculuq naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
20.12.2014 [12:51]
Bu fikir YAP-ın təbliğat və təşviqat qrupunun üzvlərinin qəsəbədə keçirilən görüşündə bir daha bəyan olunub
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı tərəfindən təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş Qaradağ rayonunun Qobustan qəsəbəsində keçirilib. Görüşdə çıxış edən YAP Siyasi Şurasının üvzü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı gördüyü işlər, partiyamızın Azərbaycanın ictimai-siyasi həyatında rolu, dövlətimizin inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirləri haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir: “Partiyamızın uğurlarının köklü səbəbləri var. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 630 min nəfərdən çox üzvü olan Yeni Azərbaycan Partiyası bütün ictimai-siyasi proseslərin önündə gedir”.
Aydın Hüseynov Qobustan qəsəbəsi seçicilərinin siyasi proseslərdə və seçkilərdə həmişə fəal iştirak etdiklərini xatırladaraq vurğulayıb ki, qarşıdan gələn bələdiyyə seçkilərində də qobustanlılar böyük fəallıq və coşğu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaq, partiyamız tərəfindən irəli sürülən namizədlər isə xalqımızın rifahı, ölkəmizin inkişafı naminə ciddi səylər göstərəcək, yeni və dəyərli layihələr işləyib həyata keçirəcəklər.
Görüşdə çıxış edən Qobustan qəsəbə sakinləri - Şükran Nəcəfov, Qurban Ağayev, Nailə Eyvazova, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yusif Əliyevin atası Əliyusif Əliyev, Qobustan qəsəbə ağsaqqalı Hacı Allahverdi Məmmədov və digərləri də qəsəbədə görülən abadlıq işlərindən razılıqlarını bildirib, bələdiyyə seçkilərində rifah və quruculuq naminə YAP-ın namizədlərinə etimad göstərəcəklərini söyləyiblər.
Qobustan bələdiyyəsinə namizədlərdən Mahmud Zərbəliyev, Gülnarə Nürəddinova, Gülarə Bayramova isə seçiciləri fəal olmağa çağırıb, bələdiyyələrə seçiləcəkləri təqdirdə partiyamızın və seçicilərin etimadını doğruldacaqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

