Tərtərdə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
16.01.2015 [10:11]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayondakı Heydər Əliyev mərkəzində keçirilən tədbiri YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Yadigar Səfərov açaraq bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq və rəşadət səhifəsidir.
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İmperiyasının silahlı birləşmələri Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törədiblər. Vətənin azadlığı uğrunda mübarizəyə qalxan, torpağına edilən təcavüzə etirazını bildirən silahsız, günahsız insanlara xüsusi amansızlıqla divan tutulub.
Tədbirdə, həmçinin, Tərtər rayon Gənclər və idman idarəsinin rəisi İsmayıl İsmayılov, Heydər Əliyev mərkəzinin direktoru Səlimə Yusifova, YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, həmin hadisələr zamanı 137 nəfər qətlə yetirilib, 700-dən çox insan yaralanıb. Öldürülənlər arasında qadın və uşaqlar da olub.
Çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bu hadisələrin Azərbaycan xalqının azadlıq yolunda mübarizəsini boğa bilmədiyini, xalqımızın qələbəsi ilə başa çatdığını, Azərbaycanın müstəqil dövlət olaraq öz adını yenidən tarixə yazdığını deyib. Natiq Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda əsl həqiqətlərin dünyaya çatdırılmasında, bu faciəyə siyasi və hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində Ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş video-çarxa baxıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59

