YAP-ın üzvü olan gənclər hər zaman öz fəallıqları ilə seçiliblər
12.03.2015 [12:15]
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, gənc nəslə hər zaman dövlət qayğısının olduğunu diqqətə çatdırıb. Bildirilib ki, YAP-ın üzvü olan gənclər öz fəallıqları ilə seçiliblər və hər zaman ölkədə gedən proseslərin önündə gediblər: “Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin, ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edirdi. Bununla əlaqədar möhtərəm Prezidentimiz “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Bu İnkişaf Strategiyası Azərbaycanın gələcək uğurlarının təməli sayıla bilər”.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Aqil Quliyev bildirib ki, YAP Qubadlı rayon təşkilatının 3246 üzvünün 1251 nəfərini gənclər təşkil edir. Vurğulanıb ki, YAP Qubadlı rayon təşkilatının gənc üzvləri YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrdə, yay və qış məktəblərində fəal itştirak ediblər.
Sonra çıxış edən rayon Gənclər İdman İdarəsinin rəisi Natiq Abbasov, YAP Qubadlı rayon təşkilatının aparat rəhbəri Ülvi Qasımlı, YAP Qubadlı rayon təşkilatının üzvləri Günay Səmədzadə və Nicat Bədəlov hesabat məruzəsini qənaətbəxş sayıblar. Natiqlər gənclərin hər zaman ölkə Prezidentinin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz töhfələrini verdiklərini diqqətə çatdırıblar.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin 9 nəfərdən ibarət şura üzvləri, 5 nəfərdən ibarət idarə heyəti müəyyənləşib. Aqil Quliyev yenidən YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Bundan başqa, YAP Gənclər Birliyinin konfransına 3 nəfər nümayəndə seçilib.
Tədbirin sonunda YAP Qubadlı rayon təşkilatı tərəfindən ictimai-siyasi həyatda fərqlənən bir qrup gəncə fəxri fərmanlar və partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri verilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

