YAP Daşkəsən rayon təşkilatı idarə heyətinin yığıncağı keçirilib
07.04.2015 [10:03]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatlarının sədrləri, bütün yaşayış məntəqələrindən olan partiya fəalları iştirak ediblər. Tədbirdə iki məsələ - rayon ərazisində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə hazırlıqla bağlı tədbirlər planının təsdiqi və 2015-ci ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı YAP Daşkəsən rayon təşkilatının qarşısında duran vəzifələr müzakirə olunub. Yığıncaqda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı və qurucusudur. Məhz Onun uzaqgörən siyasətinin, müdrik qərarlarının, tarixi sərəncamlarının və çevik siyasətinin nəticəsində Azərbaycan üzləşə biləcəyi bəlalardan xilas oldu. Öz müstəqilliyini əbədi və dönməz etdi.
Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev bu gün beynəlxalq aləmdə bu siyasəti uğurla, dövrün və zamanın tələblərinə uyğun yaradıcılıqla davam etdirir. İndi Azərbaycan müstəqil, demokratik bir ölkə kimi beynəlxalq aləmdə aparıcı söz sahibidir.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, həmçinin, yığıncaq iştirakçılarına parlament seçkiləri ilə bağlı rayon təşkilatının qarşısında duran vəzifələrə dair geniş məlumat verərək öz tapşırıq və tövsiyələrini çatdırıb. O qeyd edib ki, Azərbaycanda seçki qanunvericiliyinin demokratik prinsiplərinin təmin olunmasında böyük və geniş imkanlar mövcuddur. İndi Azərbaycan Respublikasının seçkilərlə bağlı topladığı müsbət təcrübə həm daxildə, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Şəffaflığın, demokratik şəraitin yaradılmasından, seçicilər arasında aparılan məqsədyönlü maariflənmə işlərindən danışan YAP Daşkəsən rayon təşkilatının sədri onu da bildirib ki, indi Azərbaycanda seçkilərin demokratik standartlara uyğun keçirilməsini heç bir qüvvə inkar edə bilməz: “Ona görə ki, ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə sabitliyi, yüksək templi inkişafı, demokratikliyi və şəffaflığı ilə tanınır. Aydındır ki, Azərbaycanın beynəlxalq aləmdə bu cür tanınması üçün Prezident İlham Əliyevin ətrafında birləşən YAP fəallarının da böyük rolu var. Əminəm ki, YAP üzvləri həmişə olduğu kimi bu siyasi kampaniyada da özlərinin fəallıqları və təşəbbüskarlıqları ilə seçiləcəklər”.
Məruzə ətrafında YAP Daşkəsən rayon təşkilatının sədr müavini Müşviq Hüseynov, Əmirvar, Dəstəfur ərazi ilk partiya təşkilatlarının sədrləri Rüfət Bədəlov və Lalə Cəfərova çıxış ediblər. Yığıncaqda, həmçinin, dörd ərazi ilk partiya təşkilatları sədrlərinin məlumatları dinlənilib, müzakirə olunan məsələlərə dair müvafiq qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxİdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58

