Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

YAP Gənclər Birliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

19.08.2015 [09:55]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Səfərin ilk günündə YAP Gənclər Birliyinin nümayəndə heyəti bir sıra görüşlər keçiriblər. Belə ki, avqustun 18-də gənclər ilk olaraq 1999-cu il 17 avqust tarixində Marmarada baş verən zəlzələ nəticəsində həlak olmuş minlərlə insanın xatirəsinin anım tədbirinə qatılıblar.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının söz yazarı Mehmet Akif Ersoyun yaşayıb-yaratdığı ev muzeyini ziyarət edib, həmçinin, ev muzeyinin qarşısında Mehmet Akif Ersoyun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Fotosərgi ilə tanışlıqdan sonra YAP gənclərini müşayiət edən Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Qollarının sədr müavini, millət vəkili Mahmut Sami Mallı səfərdən məmnun olduğunu bildirib.
Səfər çərçivəsində, həmçinin, YAP və AKP gəncləri “dəyirmi masa” ətrafında perspektiv planlar və müştərək layihələr haqqında geniş diskussiyalar aparıblar.

 
Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31