YAP Abşeron rayon təşkilatı parlament seçkilərinə fəal şəkildə hazırlaşır
20.08.2015 [09:48]
Bilman Vəliyev: İnanıram ki, partiyamız növbəti seçkilərdə də parlaq qələbə qazanacaq
Məlum olduğu kimi, noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Təbii ki, yarandığı vaxtdan bu günə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. YAP-ın Abşeron rayon təşkilatının Seçki Qərargahı da parlament seçkilərinə fəal şəkildə hazırlaşır. Qərargahın rəhbəri, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. Hazırda YAP Abşeron rayon təşkilatı 125 ilk ərazi partiya təşkilatından ibarətdir. Qeyd edək ki, Abşeron rayonu üzrə 2 Seçki Dairəsi mövcuddur. 45 saylı Abşeron Seçki Dairəsi üzrə 36 məntəqədə 46 min 555 seçici, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə 21 məntəqədə 25 min 432 seçici qeydiyyatdadır.
B.Vəliyevin sözlərinə görə, artıq qərargahda seçkilərə hazırlıqla bağlı bir sıra işlər görülüb. Belə ki, partiyanın namizədləri üçün seçici imzası toplayacaq partiya fəalları müəyyənləşib. Həmin fəallar rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır. Eyni zamanda, hər Seçki Dairəsinə və məntəqələrə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu üzv təyin ediləcək.
Yeri gəlmişkən, dünən YAP-ın Abşeron rayon təşkilatının Seçki Qərargahının növbəti toplantısı da keçirilib. Toplantıda qərargahın rəhbəri Bilman Vəliyev çıxış edərək bildirib ki, seçki kampaniyasının səmərəli təşkil olunması uğur qazanılmasında mühüm rol oynayır: “Ona görə də biz seçki prosesinə ciddi şəkildə hazırlaşırıq. İndiki mərhələdə işlər plana uyğun davam edir. İnanıram ki, partiyamız növbəti seçkilərdə də parlaq qələbə qazanacaq”.
Daha sonra Vahid Əliyev və Seçki Qərargahının digər üzvləri çıxış edərək parlament seçkiləri ilə əlaqədar görüləcək işlər barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının Seçki Qərargahında parlament seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər gedir. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

