YAP Yevlax rayon təşkilatının Seçki Qərargahı seçkilərə hazırlıq işlərini uğurla davam etdirir
26.08.2015 [10:07]
İlham Məmmədov: Partiyanın İcra Katibliyinin seçkilərlə bağlı verdiyi tövsiyə və tapşırıqları zamanında və keyfiyyətli şəkildə yerinə yetirmək üçün rayon təşkilatının hər bir üzvü səfərbər olunub
Noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Bu vaxta kimi müstəqil Azərbaycanda keçirilmiş bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası (YAP) növbəti parlament seçkilərinə də mütəşəkkil şəkildə hazırlaşır. Partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında da tam məsuliyyətlə yerinə yetirilməkdədir.
Belə ki, rayon təşkilatında seçkilərə hazırlıqla bağlı 15 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb, eyni zamanda, seçki prosesinə hazırlıqla bağlı müvafiq addımlar atılmaqdadır. Bu barədə YAP Yevlax rayon təşkilatının, həmçinin, rayon təşkilatının Seçki Qərargahının sədri, millət vəkili İlham Məmmədov məlumat verib. Onu da qeyd edək ki, bu günlərdə YAP Yevlax rayon təşkilatının Seçki Qərargahının iclası keçirilib. İclasda çıxış edən Seçki Qərargahının sədri İlham Məmmədov deyib ki, partiyanın İcra Katibliyinin seçkilərlə bağlı verdiyi tövsiyə və tapşırıqları zamanında və keyfiyyətli şəkildə yerinə yetirmək üçün rayon təşkilatının hər bir üzvü səfərbər olunub. Onun sözlərinə görə, təbliğat kampaniyasının təkilinin yüksək səviyyədə həyata keçirilməsi üçün YAP Yevlax rayon təşkilatında 80 nəfər fəal gəncdən ibarət qrup və 20 nəfər rayonun tanınmış ziyalıları, nüfuzlu şəxslərindən ibarət təbliğat qrupu yaradılıb: “Bununla yanaşı, YAP Yevlax rayon təşkilatı parlament seçkilərində 57 məntəqəni əhatə edən iki dairə üzrə hər dairəyə və hər məntəqəyə 1 nəfər müşahidəçi, 1 nəfər məşvərətçi olmaqla 118 nəfər partiya fəalını seçki proseslərini izləmək üçün səfərbər edəcək”.
O da qeyd olunub ki, Yevlax rayonu üzrə 2 Seçki Dairəsi mövcuddur: 48 saylı Yevlax və 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi. Bu iki Seçki Dairəsi üzrə, ümumilikdə, 57 məntəqə fəaliyyət göstərir ki, bunlardan da 31 məntəqə 48 saylı, 26-sı isə 49 saylı Seçki Dairəsinin ərazisinə düşür. Bu iki dairə üzrə, ümumilikdə, 58066 nəfər seçici var. Eyni zamanda, hazırda YAP Yevlax rayon təşkilatının 8296 nəfər partiya üzvü var ki, onlardan 4120 nəfərini qadınlar, 2200 nəfərini gənclər təşkil edir.
İclasda çıxış edən Seçki Qərargahının sədr müavini Əli Quliyev hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini bildirib. O, partiyamızın bu seçkilərdə də uğur qazanacağına əminliyini ifadə edib: “Bu vaxta kimi müstəqil Azərbaycanda keçirilmiş bütün seçkilərin qalibi olan YAP növbəti parlament seçkilərini də qələbə ilə başa vurmaq əzmindədir”.
Seçki Qərargahının üzvü Əminə Əhmədova seçkilərə hazırlıqla bağlı müvafiq addımların atıldığını bildirib. O, “uğurlu fəaliyyət YAP-ın bu seçkilərdə də qələbəsini təmin edəcək”, - deyib.
NADİR
Xəbər lenti
Hamısına baxMEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17

