/ / 45 saylı Abşeron Seçki Dairəsindən YAP-ın namizədinin qeydə alınması üçün imzatoplama kampaniyası uğurla həyata keçirilir
45 saylı Abşeron Seçki Dairəsindən YAP-ın namizədinin qeydə alınması üçün imzatoplama kampaniyası uğurla həyata keçirilir
19.09.2015 [10:41]
Bilman Vəliyev: YAP-ın Abşeron rayon təşkilatının Seçki Qərargahı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün resurslarını səfərbər edib
Noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Şübhəsiz, Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu ictimai-siyasi təsisatı olan, qatıldığı bütün seçkilərdə yüksək nəticələr əldə edərək qələbələr partiyası kimi xarakterizə olunan Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşır.
Bəlli olduğu kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin sentyabrın 15-də keçirilən iclasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar partiya tərəfindən müvafiq seçki dairələri üzrə namizədlər təsdiq olunub. Bununla yanaşı, YAP-ın yerli strukturlarında yaradılan seçki qərargahları aktiv fəaliyyətlərini davam etdirirlər. Qeyd edək ki, YAP-ın Abşeron rayon təşkilatının Seçki Qərargahı da parlament seçkilərinə fəal şəkildə hazırlaşır. Qərargahın rəhbəri, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qəzetimizə açıqlamasında bildirib ki, böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərində də yüksək nailiyyət əldə etməsi üçün müvafiq işlər görülür, qarşıya qoyulan vəzifələr istiqamətində koordinasiya olunmuş fəaliyyət uğurla davam etdirilir. Hazırda YAP Abşeron rayon təşkilatı 125 ilk ərazi partiya təşkilatından ibarətdir. Abşeron rayonu üzrə 2 Seçki Dairəsi mövcuddur. 45 saylı Abşeron Seçki Dairəsi üzrə 36 məntəqədə 46 min 555 seçici, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə 21 məntəqədə 25 min 432 seçici qeydiyyatdadır.
Vurğulayaq ki, 45 saylı Abşeron Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Milli Məclisin sədri Oqtay Əsədovdur. B.Vəliyevin sözlərinə görə, Milli Məclisin sədri Oqtay Əsədovun namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına başlanıb və işlər uğurla davam etdirilir. Bunun üçün 10 nəfər partiya fəalı cəlb olunub. Həmin fəallar rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır. Eyni zamanda, Seçki Dairəsinə və məntəqələrə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu üzv təyin edilib.
Təşkilat sədri onu da əlavə edib ki, YAP-ın Abşeron rayon təşkilatının 23 nəfərdən ibarət olan Seçki Qərargahı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün resurslarını səfərbər edib. Onun sözlərinə görə, seçki kampaniyasının səmərəli təşkil olunması uğur qazanılmasında mühüm rol oynayır: “Seçki prosesinə ciddi şəkildə hazırlaşırıq. İndiki mərhələdə işlər planauyğun davam edir. İnanıram ki, keçirilmiş bütün seçkilərdə seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanaraq parlaq qələbələr əldə edən Yeni Azərbaycan Partiyası bu seçkiləri də yüksək nailiyyətlərlə başa vuracaq. Çünki YAP öz üzərinə xalqımıza ən yüksək səviyyədə xidmət etmək missiyasını götürüb və bu günə qədər həyata keçirilən tədbirlərlə həmin missiyanın öhdəsindən layiqincə gəlib. Məlumdur ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi YAP-ın tərəfdarlarının sayının artmasına səbəb olub. Təsadüfi deyil ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan YAP sıralarında 660 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət, həmçinin Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Ona görə də növbəti seçkilərin də partiyamız üçün uğurlu olacağını və möhtəşəm qələbə ilə yadda qalacağını əminliklə söyləyə bilərəm”.
Təşkilat sədri onu da vurğulayıb ki, bu dəfə də YAP Abşeron rayon təşkilatı gənclərin fəallığından faydalanmaq, onları seçki prosesinə cəlb etmək üçün əməli addımlar atır: “YAP Abşeron rayon təşkilatının Aparatına seçkilərlə bağlı işlərə gənclər cəlb olunub və onların hər birinə müvafiq tapşırıqlar verilib. Seçki Qərargahının üzvləri ilə birgə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur. Bu isə İcra Katibliyi tərəfindən müəyyənləşdirilmiş müvafiq vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərin uğurla davam etdirilməsini şərtləndirir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

