YAP Xəzər rayon təşkilatı seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə uğurla start verib
10.10.2015 [12:47]
Namiq Əhmədov: 14 saylı Xəzər Seçki Dairəsinin seçicilərinin seçimi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn parlament seçkilərinə hazırdır və partiyamız uğurlu seçki kampaniyası həyata keçirir. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi başlayıb. YAP Xəzər rayon təşkilatının Seçki Qərargahı da bu kampaniyaya uğurla start verib. Məlumat üçün bildirək ki, 14 saylı Xəzər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban Əliyevadır.
YAP Xəzər rayon təşkilatı Seçki Qərargahının rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədovun sözlərinə görə, partiyanın bütün yerli strukturları kimi, Xəzər rayon təşkilatı da parlament seçkilərinə ciddi şəkildə hazırlaşır və YAP rəhbərliyinin tövsiyə və tapşırıqlarını layiqli səviyyədə yerinə yetirməyə çalışır. O qeyd edib ki, oktyabrın 9-da bu seçki dairəsinin bütün məntəqələrinin ərazisində YAP-ın deputatlığa namizədinin şəkilləri, partiyanın seçki plakatları lövhələrə vurulub. Bu prosesdə rayon təşkilatının üzvü olan xeyli fəal gənc könüllü olaraq iştirak edib. N.Əhmədov bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın növbəti dəfə Xəzər rayonundan deputatlığa namizədliyinin irəli sürülməsi rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb: “Hələ seçki kampaniyası ərəfəsində 14 saylı Xəzər Seçki Dairəsini təmsil edən insanlar partiyaya, şəxsən Mehriban xanıma müraciət edərək yenə də onu öz deputatları kimi görmək istədiklərini bildirirdilər. Çünki Mehriban xanım Əliyeva millət vəkili kimi Xəzər rayonunun sosial-iqtisadi inkişafında misilsiz xidmətlər göstərib. Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də respublikamızın regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır. Qeyd etdiyim kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisdə Xəzər rayonu seçicilərini təmsil edir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən həmçinin valideyn himayəsindən məhrum olan uşaqlara da böyük qayğı göstərilir. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası ictimaiyyət, o cümlədən Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur. Bütün bunların nəticəsi olaraq, Mehriban xanım Əliyevanın növbəti dəfə Xəzər rayonundan deputatlığa namizədliyinin irəli sürülməsi rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandı. Onu da xatırladım ki, 2010-cu il parlament seçkilərində Mehriban xanım Əliyeva seçicilərin 94,19 faiz səsini toplayaraq millət vəkili seçilmişdi. Bu, respublika üzrə ən yüksək göstərici idi”.
N.Əhmədov bu seçkilərdə də Mehriban xanım Əliyevanın birinciliyi qoruyub saxlayacağına əminliyini ifadə edib. O qeyd edib ki, 14 saylı Xəzər Seçki Dairəsinin seçicilərinin seçimi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

