YAP-ın namizədi Nəriman Əliyev seçicilərlə görüşüb
13.10.2015 [09:55]
Məlum olduğu kimi, oktyabr ayının 9-dan etibarən ölkə ərazisində parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Bütün rayonlarda deputatlığa Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən şəxslər seçicilərlə görüşərək öz təbliğat və təşviqatlarını aparırlar. Belə görüşlərdən biri də YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədi, Milli Məclisin üzvü Nəriman Əliyevlə rayon sakinləri arasında olub.
YAP Masallı rayon təşkilatının qərargahında keçirilən görüşü təşkilatın sədri Seyfəddin Əliyev açaraq bu günə kimi görülən işlər barədə məlumat verib. Rayon təşkilatında Seçki Qərargahının yaradıldığını, seçkiyə qədər olan mərhələnin çox uğurlu bir şəkildə həyata keçirildiyini vurğulayan sədr artıq seçkinin əsas mərhələsi sayılan təbliğat-təşviqat mərhələsinə start verildiyini qeyd edib: “Bugünkü tədbirlə bu mərhələnin aktiv fazasına start verilir. Bundan sonra yerlərdə seçicilərlə görüşlər nəzərdə tutulur və hazırlanmış qrafikə əsasən bu görüşlər həyata keçiriləcəkdir. İnanıram ki, YAP bu seçkidə də xalqın etimadını qazanaraq növbəti tarixi uğura imza atacaq”.
Prezident təqaüdçüsü Şirvan Əbilov çıxış edərək YAP-ın keçdiyi şərəfli tarixi yoldan danışaraq hər kəsi YAP-ın namizədlərinə səs verməyə çağırıb. Növbəti çıxışçılardan rayon “Ziyalılar” cəmiyyətinin sədri Qardaş Fətullayev YAP-ın iqtidarda olduğu dövrdə Azərbaycanın daha da çiçəkləndiyini və dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrildiyini qeyd edib.
Sonda çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədi Nəriman Əliyev tədbir iştirakçılarını salamlayaraq YAP-ın uğurlarının Azərbaycanın uğurları olduğunu və bunun da xalqımızın Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti və böyük zəhməti hesabına əldə olunduğunu qeyd edib: “Əgər bu gün Azərbaycan xalqı rifah və təhlükəsizlik şəraitində yaşayırsa, bu məhz YAP-ın iqtidara gəlməsinin nəticəsində olub. Yəqin heç kim 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin necə faciələrlə üzləşdiyini unutmayıb. O vaxtlar bacarıqsız və səriştəsiz rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, şəxsi maraqların dövlət mənafelərindən üstün tutulması daxili ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. YAP-ın hakimiyyətə gəlməsindən sonra Ümummilli lider Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində atəşkəs əldə edildi, böhran aradan qaldırıldı, ölkəmiz müstəqil dövlət kimi demokratik prinsiplər əsasında formalaşmağa başladı. Sonralar Ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu. “Eurovision” və ilk Avropa Oyunları kimi mötəbər yarışların Bakıda keçirilməsi ölkəmizin imkanlarından və inkişafının səviyyəsindən xəbər verir. Bu yarışlar çox yüksək səviyyədə keçirildi və bütün Avropa, eləcə də dünya ictimaiyyəti Azərbaycanın qüdrətini, inkişafını etiraf etdi. Bu işlərin, bu inkişafın bundan sonra da davam etdirilməsi üçün seçiciləri məhz Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, hər zaman YAP-ın namizədlərinə dəstək olmağa çağırıram”.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59

