Laçınlılar Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər
16.10.2015 [10:21]
YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Abbaszadə Binəqədi rayonu Biləcəri və Sulutəpə qəsəbələrində yaşayan laçınlı seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Tapdıq oğlu Abbaszadə Binəqədi rayonu Biləcəri və Sulutəpə qəsəbələrində yaşayan laçınlı seçicilərlə görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli bildirib ki, hazırda təşviqat kampaniyasına start verilib və partiyanın namizədləri yerlərdə seçicilərlə görüşürlər: “121 saylı Laçın Seçki Dairəsindən isə partiyamızın İdarə Heyətinin qərarına əsasən, Abbaszadə Mahir Tapdıq oğlunun namizədliyi irəli sürülüb”.
Aqil Nəzərli seçiciləri fəal olmağa və 1 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməyə çağırıb.
Seçicilər qarşısında çıxış edən 121 saylı Laçın Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Mahir Abbaszadə əvvəlcə ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qazanılmış böyük uğurlardan danışıb, eyni zamanda, bu nailiyyətlərin gələcək illərdə də davam edəcəyinə əminliyini ifadə edib.
Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin inkişafı, xalqımızın rifahının daha da yaxşılaşması istiqamətində görülən işlərdə əvəzsiz rolunu da diqqətə çatdıran natiq “Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günədək xalqımızın maraqlarına söykənən fəaliyyəti ilə böyük uğurlar qazanıb. Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb”, - deyib.
Daha sonra pedaqoji elmlər doktoru, Bakı Biznes Universitetinin müəllimi Cəbrayıl Qəhrəmanov, rayon ağsaqqalları və ziyalıları Murad Hüseynov, Həsənalı Rzayev, Dilarə Əmraslanova, Şakir Əhmədov, İsa Məmmədov, Azər Şükürov və başqaları çıxış edərək, partiyamızın namizədi Mahir Abbaszadəni dəstəklədiklərini bəyan ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

