Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində böyük işlər görüb
20.11.2015 [10:02]
Noyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ötən 23 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından söz açıb. O vurğulayıb ki, bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib: “Heç şübhəsiz ki, bu nailiyyətlər Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, partiyanın Sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Bu gün ölkəmizdə hüquqi dövlət quruculuğunun və qazanılan nailiyyətlərin birbaşa səbəbkarı və təşkilatçısı olan Yeni Azərbaycan Partiyası gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını genişləndirərək inkişaf edir”.
YAP-ın yaranma tarixindən danışan daimi nümayəndəliyin rəhbəri partiyanın 1992-ci il noyabrın 21-də, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldiyini bildirib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində böyük işlər görüb. Partiyanın yaranmasından bir il sonra - 1993-cü ilin oktyabrında Heydər Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi xalqımızın Yeni Azərbaycan Partiyası ətrafında necə sıx birləşməsinin və Ulu öndərə məhəbbətinin əyani təzahürü idi.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə ölkəmizdə həyata keçirilən işlər, xüsusilə, son parlament seçkilərində YAP-ın inamlı qələbəsi bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rolunun olduğunu bir daha göstərir.
B.Əsgərov sonda qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında hər il olduğu kimi, YAP-ın yaranması ilə bağlı silsilə tədbirlər keçirilir. Muxtar respublika Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədri Vasif Talıbovun rəhbərliyi ilə gündən-günə inkişaf edir, gözəlləşir və güclənir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

