Yeni Azərbaycan Partiyası 23 ildə Azərbaycan xalqına misilsiz xidmətlər göstərib
21.11.2015 [10:04]
Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov çıxış edib. Təşkilat sədri Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu bildirərək deyib ki, bu gün əldə etdiyimiz bütün uğurların təməlində Ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi dayanır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirib.
Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sıralarına bu ilin 10 ayında 54 nəfər qoşulub. Gənclər, ziyalılar təşkilatda xüsusi yer tuturlar. Onlar rayonun ictimai-siyasi, mədəni həyatında, quruculuq tədbirlərində fəal iştirak edirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Sədərək kənd 1 nömrəli tam orta məktəb ilk partiya təşkilatının sədri Gülnarə Hüseynova, təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Əjdər Məmmədhəsənov, gənc fəallardan İlkin Əhmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətdə çox böyük nüfuza malikdir. Bu da onunla bağlıdır ki, partiyanın əsas vəzifələri olan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

