YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
02.02.2016 [09:50]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev açaraq konfrans iştirakçılarını salamlayıb, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən danışıb. Bildirib ki, hazırda partiya üzvlərinin çoxunu gənclər təşkil edir. Bu fakt gənclərin Heydər Əliyev ideyalarına sədaqəti, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamının göstəricisidir. Naqif Həmzəyev Prezident İlham Əliyevin bütün göstəriş və tapşırıqlarının qədim Gəncədə şəhər rəhbərliyinin yüksək təşkilatçılığı ilə yerinə yetirildiyini diqqətə çatdırıb, şəhərin inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayıb.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini, gənc alim, Prezident təqaüdçüsü Elnur Həsənov Gənclər Birliyinin 3 il ərzində fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək, ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışıb. Bildirib ki, bu gün YAP Gəncə şəhər təşkilatının 35032 nəfər üzvünün 19535 nəfərini gənclər təşkil edir. Son 3 il ərzində 8095 gənc partiya sıralarına qəbul edilib. Hazırda 19535 partiya üzvü olan gənc var ki, onlardan 14750 nəfəri qadınlardır. YAP Gəncə şəhər təşkilatının II hesabat-seçki konfransından bu günə kimi 157 ərazi partiya təşkilatında Gənclər Birliyinin özək təşkilatı yaradılıb.
Gənclər adından Sabir Xıdırlı, Esmiralda Hüseynova və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyası sıralarında aparılan gəncləşmə siyasətindən, dövlət quruculuğu sahəsində qazanılan uğurlardan danışıblar. Bildiriblər ki, Yeni Azərbaycan Partiyası ilə bağlılıq onların bu nüfuzlu siyasi təşkilata böyük inamından, həyata keçirilən uğurlu islahatda fəal iştirak etmək istəyindən qaynaqlanır.
Konfransın qətnaməsi və qərarı qəbul olunub. Tədbir iştirakçıları YAP Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri seçilib. Konfrans iştirakçılarının yekdil rəyi ilə Turan Məmmədzadə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri seçilib.
YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, AMEA-nın Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev çıxış edərək, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin yeni sədrini və heyətini təbrik edib, gələcək işlərində nailiyyətlər arzulayıblar. Natiqlər Gəncə gənclərinin daim dövlətçiliyimizə, Ulu öndərə sədaqətli olduqlarını, bundan sonra da yeni zəfərlərə imza atacaqlarına əmin olduqlarını bildiriblər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

